Tarix : 2014 Oct 21
Kod 44413

Rusiyanin genişmiqyaslı savaşa başlayacağı vaxt açıqlandı

Putinin əsas məqsədi Ukrayna hökumətini məhv etməkdir

Arannews - “Rusiya Prezidenti Vladimir Putin 2015-ci ilin yazında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlaya bilər”.

Obozrevatel.com xəbər verir ki, bunu təqaüddə olan general-mayor, Atlantik Şurasının Prezidenti Vadim Qreçaninov deyib. O, Putinin Ukraynanın ABŞ-ın təsir dairəsinə düşməsinə qarşı bütün vasitələrdən istifadə edəcəyini bildirib:

“Putinin Krımda fərdi bölmələr hazırladığına dair sübut var. Lakin mən düşünmürəm ki, o, genişmiqyaslı müharibəyə başlayacaq. O bunu yaz aylarında həyata keçirəcək. Putinin əsas məqsədi Ukrayna hökumətini məhv etməkdir. Ona bu yerlər lazımdır və Putin istəmir ki, Ukrayna Amerikaya nəsib olsun”.

                                                                              

  • Yazılıb
  • da (də) 2014 Oct 21