Tarix : 2014 Oct 20
Kod 44409

Sionist rejimin müharibə naziri Surayadakı terrorçuları dəstəklədiklərini etiraf edib

Sionist rejimin müharibə naziri bu rejimin Suraya dövlətinin müxaliflərinə yardım göstərməyi təkid edib və bu yardımı Cövlan sərhədlərində təhlükəsizliyin təmini müqabilində olduğunu bildirib.
AranNews - "AranNews"-in "Fars" agentliyinə əsasən verdiyi məlumata görə sionist rejimin müharibə naziri Muşe Yəlun Təl-əvivin Suriya dövləti müxaliflərininin dəstəklənməsi məsələsinə toxunaraq deyib ki, bu addım Suriya ilə sərhədlərdə təhlükəsizliyin təmini üçündür.
"Haartis" qəzetinə müsahibə verən Yəlun deyib: "Suriyanın Cövlanda sərhədləri mötədil qüvvələrin və Suriya Azad Ordusunun nəzarətindədir. Heç kəsə gizli deyil ki, onlar bizim ordakı ətraf kəndlərə humanitar yardımlarımızdan faydalanıblar. Bu yardımlar bir şərtlə edilmişdir ki, onlar radikal təşkilat və qüvvələrin sərhədlərə yaxınlaşmasına icazə verməsinlər".
O, sionist rejimin Suriya dövlətinin silahlı müxaliflərinə köməklərin dərman, qida, ədyal kimi vəsaitlərdən ibarət olduğunu deyib.
Bundan qabaq da beynəlxalq xəbər agentlikləri sionist rejimin Suriyadakı terrorçuları dəstəklədiyindən xəbər vermişdilər. Lakin ilk dəfədir ki, bu rejimin yüksək çinli məmuru Təl-əvivinn Suraya dövlətinin silahlı müxaliflərini dəstəkləməsindən xəbər verir.
Qeyd edək ki, Suriyada böhrandan 3 ildən artıq keçməsinə baxmayaraq bu ölkədəki fəal terror qruplarından heç biri hətta, Fələstinə yaxın ərazilər onların nəzarətində olsa da sionist rejimi əleyihinə heç bir hərəkət etməyiblər.


  • Yazılıb
  • da (də) 2014 Oct 20