Tarix : 2014 Oct 20
Kod 44404

İran rəsmisi Bakıya səfər edib

İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Bakıya səfər edib

Arannews - İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qadınların məsələləri üzrə nazirlərinin iclasında iştirakı etmək üçün Azərbaycan Respublikası paytaxtı Bakıya daxil olub.

Şəhindoxt Movlaverdi Bakıya daxil olarkən Azərbaycan Respublikasının ailə, qadın və uşaqların məsələləri üzrə dövlət komitəsinin sədri və bir qrup İran rəsmisi tərəfindən qarşılanıb.

Qadınların gücləndirilməsi, yoxsulluğun aradan qaldırılması, davamlı inkişafın əldə olunması, iş və qərarlarda qadınların iştirakının artırılması, cəmiyyətdə qadınlar üçün bərabər fürsətlərin yaradılması və qadınlara qarşı kobudluqla mübarizəyə şamil olan bütün ayrı-seçkilik formalarının aradan qaldırılması Bakıda keçiriləcək Davamlı İştirakda Qadınların Rolu iki günlük iclasın iş gündəminə salınıb.

İƏT-ə üzv ölkələrin qadınların məsələləri üzrə nazirlərinin iclası müxtəlif üzv ölkələrin ev sahibliyi ilə hər iki ildə bir dəfə islam ölkələrində qadınlar, uşaqlar və ailələrin vəziyyətinin araşdırılması məqsədilə keçirilir.

  • Yazılıb
  • da (də) 2014 Oct 20