Tarix : 2014 Oct 20
Kod 44403

Məhərrəm ayının əhəmiyyəti

Məhərrəm ayı din alimlərinə öz dinləyicilərini Allah, İslam, Peyğəmbər (s), Əli (ə) və Hüseyn (ə) həqiqətlərinin bir hissəsi ilə tanış etmək imkanı verir

Arannews - Siz qardaş və bacılar özünüz məhərrəm ayının əhəmiyyətini yaxşı bilirsiniz; həm məhərrəmin hadisələri baxımından, həm məhərrəmin tarixdəki – istər qədim tarixdəki, istərsə də inqilab tarixindəki təsiri baxımından, həm də məhərrəmin həmişə din elminin daşıyıcıları üçün yaratdığı imkan baxımından. Məhərrəm ayı din alimlərinə öz dinləyicilərini Allah, İslam, Peyğəmbər (s), Əli (ə) və Hüseyn (ə) həqiqətlərinin bir hissəsi ilə tanış etmək imkanı verir. Mühüm olan bu imkandan necə istifadə olunmasıdır. Çoxlu fürsətlər insanın əlindən əbəs yerə xaric olur. Əgər biz öz işimizdə – istər fürsətlərdə, istər imkanlarda, istər Allahın bizə verdiyi nemətlərdə hesablama aparsaq, şübhəsiz, qədirbilməzlik etdiyimiz çoxlu yerlərlə rastlaşacağıq; bu neməti, bu fürsəti, bu imkanı, bu bilgini, bizdə olan bu nitqi və bu məsuliyyət hissini tələf etdik, onlardan maksimum bəhrələnmədik. Ölkənin ruhani cəmiyyəti və din alimləri üçün ən vacib işlərdən biri budur ki, bu fürsətlərdən ən yaxşı şəkildə istifadə etmək haqda düşünsünlər.

  • Yazılıb
  • da (də) 2014 Oct 20