Tarix : 2014 Oct 18
Kod 44375

İran rəsmisi Naxçıvana səfər edəcək

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Q.Səadət 23-24 oktyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə Naxçıvanda olacaq

Arannews - İran İslam Respublikası Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Naxçıvan Muxtar Respublikasına səfər edəcək.

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Q.Səadət 23-24 oktyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə Naxçıvanda olacaq.

Səfərdə Qərbi Azərbaycan vilayəti ilə muxtar respublika arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı barədə müzakirələr aparılacaq.

“Bu səfər elə bir vaxtda baş verir ki, bu yaxınlarda Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşlarına vizanın verilməsi qaydalarını sadələşdirib. Beləliklə, Naxçıvan əhalisi ilə İran vətəndaşları arasında gediş-gəlişin daha da artması nəticəsində regionda iqtisadiyyatın, ticarətin və turizmin inkişafına ümidlər çoxalıb”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bu il iyunun 20-də Naxçıvan MR-in kənd təsərrüfatı naziri Elşad Əliyev kənd təsərrüfatı və turizm sektorunda əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparmaq üçün Qərbi Azərbaycan vilayətinə səfər edib.

  • Yazılıb
  • da (də) 2014 Oct 18