Tarix : 2014 Oct 18
Kod 44374

Qəzzə qələbəsi ilahi vədin reallaşması və böyük qələbələrə müjdədir

Adi hesablamalar və təhlillərə əsasən, sionist rejim malik olduğu belə imkanlarla elə ilk bir neçə gün ərzində işi bitirməliydi, amma sonda həm öz hədəflərinə çatmaq sahəsində aciz olduğunu etiraf etdi, həm də Müqavimətin şərtlərinə təslim oldu

Arannews - İslam İnqilabının Böyük Rəhbəri müqavimətli Qəzzənin əlli bir günlük müharibədəki qələbəsi və sionist rejimin mühasirə olunmuş əhali qarşısında aciz qaldığını bildirməsindən son dərəcə razı qaldıqlarını bildirərək, bu böyük qələbəni ilahi vədə bir sənəd və daha böyük qələbələrin rellaşmasına bir müjdə adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei , Fələstin İslami Cihad Təşkilatının baş katibi Ramazan Abdullah və onu müşayiət edən heyətlə görüşdə əlli bir günlük müharibəni və kiçik bir məntəqə olan Qəzzənin məhdud sayda əhali və imkanlarla rəhmsiz bir rejim və müxtəlif imkanlar və dəstəklərə malik olan hərbi qüvvə qarşısındakı qələbəsini mühüm və heyrətləndirici bir məsələ adlandırıblar. O həzrət vurğualyıblar: Adi hesablamalar və təhlillərə əsasən, sionist rejim malik olduğu belə imkanlarla elə ilk bir neçə gün ərzində işi bitirməliydi, amma sonda həm öz hədəflərinə çatmaq sahəsində aciz olduğunu etiraf etdi, həm də Müqavimətin şərtlərinə təslim oldu.

İslam İnqilabının Böyük Rəhbəri mücahidlərə kömək üzrə ihali vədlərə toxunaraq, əlavə ediblər ki, xalqın Müqavimətlə heyranedici həmkarlığı, düşmənin ardıcıl bombardmanlarından yorulmama və çoxlu sayda qadın və uşağın daxil olduğu iki mindən yuxarı insanın rəhmsizcəsinə qırğın olunması qarşısında qələbə ilahi lütf və yardımdan başqa bir şey deyildi.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Bu səhnədə ilahi vədin reallaşması göstərir ki, bu vədlər daha geniş səhnədə də reallaşacaq və ilahi iradə belə olubdur ki, Fələstin məsələsini sizin əlinizlə nəticəyə çatdırsın.

Həzrət Ayətullahuluzma Xamenei sonda regionun şəraitini son dərəcə mürəkkəb adlandırıb və belə əlavə ediblər: Əlbəttə, hadisələrin perspektivi aydın və yaxşı bir perspektivdir və ümid edirik ki, Allah-Taala bizim hamımızı İslam Ümməti və Fələstinin xeyrinə olacaq və düşmənin fitnələrini zərərsizləşdirəcək istiqamətə yönəltsin.

Bu görüşdə Fələstin İslami Cihad Təşkilatının baş katibi Ramazan Abdullah da İslam İnqilabının Böyük Rəhbərinin sağlamlıqlarından şad olduğunu deyərək, bildirib: Cənabınızın sağlamlıqları və şəfası üçün hər namazda dua etmişik və ümid edirik ki, bir gün sizinlə Məscid-ul-Əqsada namaz qılmağımızın şahidi olmuş olaq.

Fələstin İslami Cihad Təşkilatının baş katibi bəzi ölkələrin Qəzzənin bərpası barədəki vədlərinə toxunaraq, deyib: Biz bu vədlərə o qədər də ümid etmirik və sionist rejimin hücumlarından irəli gələn xəsarətlərin aradan qaldırılması üçün yalnız Allaha ümid bəsləyirik.

O, əlli bir günlük müharibə haqda hesabat verib, bu başıucalq gətirən zəfər münasibəti ilə İslam İnqilabının Böyük Rəhbərini təbrik edərək, söyləyib: Yəqinliklə demək olar ki, bu qələbə İran İslam Respublikasının dəstəkləri sayəsində əldə olunub və əgər İranın təsirli və strateji yardımları olmasaydı, Qəzzədə müqavimət və qələbə imkanı yaranmazdı.

  • Yazılıb
  • da (də) 2014 Oct 18