Tarix : 2014 Oct 18
Kod 44372

İran regionun açar qüdrətidir

İranı regionun açar qüdrəti və potensial yaxşı şərik olaraq rəsmən tanımaq lazımdır

Arannews - İngiltərənin sabiq xarici işlər naziri Cek Strow David Kameron hökumətinə xitabən deyib: İranı regionun açar qüdrəti və potensial yaxşı şərik olaraq rəsmən tanımaq lazımdır.

İngiltərə parlamentinin deputatı çərşənbə günü Londonda keçirilən Avropa və İran iclası zamanı əlavə edib: Bu məsələni qəbul etməliyik ki, İran bizim bir çox strateji mənafeyimizlə düyünlənmişdir.

O həmçinin İngiltərə hökumətinə xitabən deyib: Qəbul etməliyik ki, hətta nüvə müzakirələrində anlaşma olunmadığı halda, bu məsələ Tehran və London münasibətlərinə açar məsələsi olaraq təsir göstərməməlidir. Bu məsələdə Fransa və Almaniyanın yolunu getmək lazımdır. Onlar müzakirəçilərin fəal üzvlərindən olmalarına baxmayaraq, eyni zamanda İranla ikitərəfli münasibətləri genişləndirmək ardıncadırlar.

Strow əlavə edib: Əslində İngiltərə ticarətin təşviq olunmamasına əsaslanan İran İslam Respublikası qarşısındakı siyasətlərinə görə özünə zərbə vurub. Halbuki sanksiyalar rejimi altında da Tehranla ticarət təşviqi üzrə addım atmaq olar.

  • Yazılıb
  • da (də) 2014 Oct 18