Tarix : 2014 Oct 17
Kod 44354

İran XİN-i Ayətullah Şeyx Nəmirə edam hökmü verilməsinə münasibət bildirib

Səudiyyə qazisinin Şeyx Nəmirə edam hökmü çıxarması xəbəri öz təsdiqini taparsa, sözsüz bu xəbər müsəlmanların hisslərini sarsıdacaq və beynəlxalq reaksiyaları öz ardınca gətirəcək
AranNews - AranNewsin "İSNA"ya əsasən verdiyi məlumata görə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Ərəb və Afrika ölkələri üzrə şöbənin müavini Ərəbistan şiələrinin rəhbəri Şeyx Nəmirə edam hökmü çıxarılmasına münasibət bildirərək deyib: "Əgər Səudiyyə qazisinin Ərəbistan şiələrinin rəhbəri Şeyx Nəmirə edam hökmü çıxarması xəbəri öz təsdiqini taparsa, sözsüz bu xəbər müsəlmanların hisslərini sarsıdacaq və beynəlxalq reaksiyaları öz ardınca gətirəcək".
Hüseyn Əmir Əbdullahiyan İSNA-ya müsahibəsində bildirib: "Bu növ hərəkətlər regionda sülh və əmin-amanlığa kömək etmir".
"Ümid edirik ki, Səudiyyə Ərəbistanının səlahiyyətli rəsmiləri bu məsələyə daha diqqətlə yanaşacaq və bu hökmün icrasının qarşısını almaqla İslam dünyasında gərginlik yaranmasına mane olacaqlar"-deyə müavin əlavə edib".
Əkkaz qəzeti bildirib ki, Səudiyyə Ərəbistanı Riyad şəhər Cəza Məhkəməsi bu gün Ayətullah Nəmr haqqında edam qərarı qəbul edib. Qəzetin yazdığına əsasən, tanınmış ruhaniyə "Qətifdə fitnə qaldırmaq" və "Bəhreyndə itaətsizliyi dəstəkləmək" kimi müxtəlif ittihamlar irəli sürülüb.
Bu xəbərin ardınca Ayətullah Şeyx Nəmirin qardaşı Məhəmməd Nəmir öz Twitter səhifəsində qardaşına kəsilmiş bu hökmü təsdiqləyib.
Son günlər müxtəlif İslam ölkələrində şiə alimlərinə qarşı məhdudiyyətlər bərkimişdir. Ərəbistanda tanınmış ruhaniyə edam hökmünün çıxarılmasını və Azərbaycan Respublikasında məşhur ruhani doktor Səmədovun Qobustan qorxulu həbsxanasına köçürülməsini buna nümunə kimi göstərmək olar.


  • Yazılıb
  • da (də) 2014 Oct 17