Tarix : 2014 Oct 14
Kod 44332

mədəni, bədii və sosial məsələlər üçün yeni Azeri televiziya şəbəkəsi İran islam respublikasinda açılacaq

Bu şəbəkə film, seriyası, sənədli, animasiya və elmi hesabatların paylanması üçün uyğun təlim keçiriləcək. Onların normativ tələblərinə, mədəni istehsalı əsasında prioritet New şəbəkə, Azərbaycan rəssamları oynayacaq

Arannews- bunu Azərbaycanda səfərdə olan İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami oktyabrın 14-də keçirilən mətbuat konfransında deyib.

İ.Zərqami bildirib ki, Azərbaycan dilində fəaliyyət göstərəcək televiziya kanalında ölkəmizdə çəkilən televiziya serialları, cizgi filmləri, sənədli filmlər yayımlanacaq.

O əlavə edib ki, televiziya kanalında əsasən Azərbaycanla İran arasındakı əməkdaşlıq, mədəni əlaqələr işıqlandırılacaq: “Bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək".

İ.Zərqaminin sözlərinə görə, İran “Azerspace-1” peykinin imkanlarından yararlanmaq niyyətindədir: "Səfər çərçivəsində bu barədə ticari danışıqlar aparılıb. İran "Azerspace 1"-dən alacağı 1 transpont vasitəsilə 12 televiziya və radio şəbəkəsinin yayımlanmasını nəzərdə tutur".

O, əlavə edib ki, səfəri çərçivəsində birgə yayım komissiyasının yaranması haqqında razılıq əldə olunub.

Zərqami Şeyxin atmacasının cavabını verdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşü zamanı İranın “Səhər” kanalının adı “Axşam” olmalıdır”  “zarafat”ına münasibət bildirib.

İ. Zərqami bu gün İranın Azərbaycandakı səfirliyində Bakı səfərinin ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, görüşdüyü şəxslərlə zarafat etməyi sevir: “Media orqanları heç vaxt etdiyim zarafatlarımı çap etməyiblər. Dünənki görüşdə mənim etdiyim zarafat müqabilində Şeyxin dedikləri zarafatdır. Ancaq rəsmi xəbər kimi yayımlanması düzgün deyil. Gərək media nümayəndələri ciddinin və zarafatın fəqrini bilsinlər”.

İ. Zərqami Şeyxlə görüş zamanı müzakirə olunan məsələlərə də diqqəti yönəldib: “Görüş zamanı müxtəlif sahələrə aid məsələləri müzakirə etdik. Şeyxülislam İran İslam Respublikasına olan istəyini və ali-dini liderə qarşı məhəbbətini bildirdi”.

  • Yazılıb
  • da (də) 2014 Oct 14