Tarix : 2014 Oct 11
Kod 44291

Təbrizin gənc şairi: Qarabağ mənzuməsihələ nəşr edilməyib və təkcə dostlarıma oxumuşam

Arazın o tayının universitet kitablarında "Əli" sözünü "el" sözü ilə dəyişiblər
Ali Məqamlı Rəhbərin hüzurunda şer oxumuş və o həzrət tərəfindən alqışlanmış təbrizli gənc şair Rza Şeybani "Təbrizi bidar" saytına geniş müsahibə vermişdir. Bu müsahibədən bəzi hissələri sizə təqdim edirik:
- Sizcə, Şəhriyarın şerlərində milli komponentlərə nə qədər rast gəlmək olar? Çünki bəziləri Şəhriyarı təkcə bir xalqın şairi kimi tanıyır. Azərbaycanın Şəhriyarını İrandan ayırmaq olarmı?
- Şəhriyar kimliyə bərk bağlı olan bir şairdir. Şairlərin böyüklüyü onların kimliklərinin daha çöx görüntülü olması ilə bilinir. Şəhriyar bütün mənada bu görüntünü öz şerlərində büruz etdirir. Hər halda hər kəs bir ailəyə, şəhərə, bölgəyə, millətə mənsubdur və öz yolunu gedir. İlk növbədə Şəhriyarın şerlərində hərtərəfli insani məqamlar vardır və artıq Şəhriyarın İrana, yaxud Azərbaycana məxsus olmasını demək olmaz. Şəhriyar bütün bəşəriyyətə aiddir.
Şəhriyar özünün Səhəndiyyə şerində qövmiyyət və milliyət arasında çox gözəl bir nisbət yaratmışdır. O, bu şerlə bir çox sualların cavabını vermişdir. Bəzi adamlar Azərbaycanda qövmiyyət və milliyyət məsələsini bir-birinə qarşı qoymaq istəyirdilər. Mənə elə gəlir ki, Şəhriyar bu şeri ilə həmin məsələni açıqladı və göstərdi ki, bunların bir-biri ilə ziddiyyəti yoxdur. Yəni min illər boyu azərbaycanlı özünü iranlı bilmiş və İran, Azərbaycanı öz canının bir hissəsi hesab etmişdir. Səhəndiyyə şeri bu baxımdan çox önəmlidir.
- Mən Əli oğluyam, azadələrin mərdi muradi- O qaranlıqlara məşəl, - O ışıqlıqlara hadi
Həqqə imanə munadi
Şəhriyarın bu şerini necə açıqlayardınız?
- Bu şer çox əhəmiyyətli şerlərdəndir. Lakin bu bəndi də təhrif ediblər. Arazın o tayının universitet kitablarında "Əli" sözünü "el" sözü ilə dəyişiblər. Doğrudan, bu qeyri-əxlaqi bir təhrifdir və bu təfəkkür sahibləri çox belə təhriflər ediblər. Şəhriyar din, millət və etnikliyi bir-birinin yanında görür. İnsanın yüksəlişi üçün İran mədəniyyətində xüsusi fəlsəfə və hkimət vardır və bu İslamdan qabaq və sonra da müşahidə olunub.
- Özünüzə qayıdaq. Necə oldu ki, Qarabağ mənzuməsini başladınız? Mənzumənin adını Qarabağ qoymağınızın səbəbi nədir? Bir yerdə vurğulamısız ki, şerimdə Araz və Ərvəndin bir dənizdə qovuşmasına çalışmısınız. Bu həmin şerdirmi?
- Araz və Ərvənd, Sara qəzəlinə aiddir, Qarabağ mənzuməsinə yox.
Ərvəndlə gedən mərdlərin çoxu
Bu yurdu gülzar istədilər, Sara
Onlar görmək istəmədilər
Sənin zülfünü düşmən aynası, Sara
Arazın qəlbindən Ərvəndin canına kimi axır
Həya, qeyrət və isar ruhu, Sara
Yəni, nə gözəl azəri rəqs etmişdilər
Xəlici Farsın nəhənglərinin qanında, Sara
Qarabağ mənzuməsi hələ nəşr edilməyib və və təkcə dostlarıma oxumuşam.
- Ağanın sizi tərifləməsi barədə danışın.
- Ağa buyurdu: Şəhriyar da gənc vaxtlarında belə şer deyirdi. Qəzvə də zarafatla dedi: - Yəni, zəif. Ağa buyurdu: Xeyir, zəif deyil. Bu şer abadlığa doğru gedir. Sonra buyurdu: Biz gənc bir şairi təriflədikdə gənc şair bu tərifi özünün ilk mənzili hesab edir və irəli gedir.

  • Yazılıb
  • da (də) 2014 Oct 11