Tarix : 2014 Oct 11
Kod 44288

Ərdəbilin imam cüməsi: Azərbaycanın hicab müdafiəçilərinin möhkəm iradələri qırılan deyil

Hicab müdafiəsi yolunda həbsə düşənlər polad iradəyə malik insanlardır, onlar Azərbaycanın dindar xalqının iradəsini nümayiş etdirirlər
AranNews - Qaynağımızın verdiyi məlumata görə Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili cümə namazı xütbələrində Azərbaycan dövlətinə müraciətlə tələb edib ki, hicab məhbuslarına təzyiqləri dayandırsın, onların vətəndaşlıq hüquqlarına riayət edilsin. O, artırıb: "Bir hökumətin böyük məharəti budur ki, hökumətin müxalifini müvafiq edə bilsin".
İmam cümə həmçinin deyib: "Hicab müdafiəsi yolunda həbsə düşənlər polad iradəyə malik insanlardır, onlar Azərbaycanın dindar xalqının iradəsini nümayiş etdirirlər.Bu iradə qırılan deyil".
Ayətullah Seyid Həsən Amili imam Rzadan (ə) bir hədis xatırladıb: “Həzrət Zəhra övladlarına diqqət ibadətdir.” Ərdəbilin imam cüməsi xalqı Qədir-Xum bayramı günündə Mirza Əli Əkbər məscidində toplanmaqla Əli övladlarını Əmir əl-mömininin imaməti münasibəti ilə təbrik etməyə çağırdı.
İmam cümə namazın birinci xütbəsində Qədir-Xum və Əmir əl-mömininin (ə) imaməti haqqında məlumat verdi.


  • Yazılıb
  • da (də) 2014 Oct 11