Tarix : 2014 Oct 10
Kod 44278

İslami Mötəlifə Partiyasının Azərbaycanın hakim partiyasından istəyi

İslami Mötəlifə Partiyası Yeni Azərbaycan Partiyasına ünvanlanmış bir məktubda Azərbaycan İslam Partiyasının sədri Möhsün Səmədova qarşı işgəncənin dayandırılmasını istədi
Redaksiyamızın "Ərdəbil Məhde Təşəyyo"saytına istinadən verdiyi məlumata görə İslami Mötəlifə Partiyası (İslam Koalisiyası Partiyası) Yeni Azərbaycan Partiyasına ünvanlanmış bir məktubda Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova qarşı işgəncənin dayandırılmasını istədi.
Məktubun mətni belədir:
Hörməti Yeni Azərbaycan Partiyası
Salam ələykum. Sizin və bizim Asiya Siyasi Partiyalar Birliyində(İCAPP) yer almamız, birliyin hədəflərini və ölkələrin daxili işlərinə müdaxilədən çəkinmək siyasətini nəzərə alaraq, hörmətli partiyadan istəyirik ki, ömrünü Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr edən və Azərbaycanın müsəlman xalqının ümumi istəyi olan İslam hökmlərinin icrasını müdafiə istiqamətindəki xoşməramlılığa malik olan, Azərbaycanı sevən və ona xidmət edən Azərbaycan İslam Partiyasının sədri cənab doktor Mövsüm Səmədova qarşı işgəncələrin qarşısı alınsın.
Şübhəsiz Azərbaycan İslam Partiyası və Yeni Azərbaycan Partiyası arasında birlik bu ölkənin müstəqilliyi və təhlükəsizliyi ilə düşmən olanlar qarşısında qaçılmaz bir zərurətdir ki, ölkədə islamçı və dünyəviçi partiyalar arasında birlik, həmrəylik və dinc yanaşı yaşamaya ehtiyaclıdır.





  • Yazılıb
  • da (də) 2014 Oct 10