Tarix : 2014 Oct 08
Kod 44254

İslam İnsan Hüquqları Komissiyası AİP-in həbsdə olan sədrinin qanuni və insanı haqlarının pozulması barədə bəyanat verib

İslam İnsan Hüquqları Komissiyasının 7-ci məntəqəsinin ofisi bəyanat verərək Bakıda islamçı məhbuslar barədə Məhbusların Hüquqları Konvensiyasının pozulmasına etirazını bildirib
AranNews - Redaksiyamızın İslam İnsan Hüquqları Komissiyasının 7-ci məntəqəsinin ofisinin internet saytına əsasən verdiyi xəbərə görə, bu ofis bəyanat verərək Bakıda islamçı məhbuslar barədə Məhbusların Hüquqları Konvensiyasının pozulmasına etirazını bildirib.
Bəyanatın bir hissəsində gəlib: "Bir müddətdir ki, Azərbaycan İslam Partiyasının sədri və bu ölkənin həbsdə olan digər islamçılarının qanuni və insani hüquqlarının pozulması barədə xoşagəlməz xəbərlər yayılmaqdadır. Doktor Səmədovun karsa salınması, Qobustan qeyri-standart həbsxanaya köçürülməsinə hazırlıq, qanuni vəkilinin və ailəsinin onunla görüşünə məhdudiyyət qoymaq, onun aclıq aksiyasına və fiziki durumunun ağır olmasına etinasızlıq beynəlxalq qayda-qanunlara, o cümlədən Məhbusların Hüquqları Konvensiyasına, hətta Azərbaycan Milli Məclisinin qəbul etdiyi qanunlara ziddir".
Bəyanatın ardında gəlib: "İslam İnsan Hüquqları Komissiyasının 7-ci məntəqəsinin ofisi öz islami və insani missiyasına uyğun olaraq Azərbaycan Respublikasının məhkəmə orqanlarından gözləntisi budur ki, beynəlxalq qayda-qanunlara hörmət qoyaraq bu ölkənin islamçılarına qarşı son vaxtlarda qeyri-qanuni məhdudiyyətlər yaratmaqlarının səbəbi barədə sənədli izah verməklə yanaşı bu məhdudiyyətlərə son qoymaq, dini inanclarını müdafiə etdikləri və hicab qadağasına etirazlarını etdikləri üçün həbsə salınmış məhbusların, o cümlədən Mövsüm Səmədovun azadlığa buraxılması barədə lazım olan addımı atsınlar və müsəlman Azərbaycan ölkəsinin İslam dünyası ilə yaxınlaşmasını təmin etsinlər".
Bəyanatın sonunda deyilir: "Sevimli Qarabağın azad olunmasını və Azərbaycan Respublikasının müsəlmanlarının izzətini Allahdan istəyirik".

  • Yazılıb
  • da (də) 2014 Oct 08