Tarix : 2014 Oct 01
Kod 44171

Ermənistan və AŞPA Katibliyinin niyyətləri puça çıxıb

Ermənistan və AŞPA Katibliyinin bütün səylərinə baxmayaraq, məlumat xarakterli memorandum baş tutub, Ermənistan və AŞPA Katibliyinin niyyətləri puça çıxıb

Arannews - Avropa Şurasının Sosial Komitəsində bu gün Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təqdim etdiyi "Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair" qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçi, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin ilk məlumat-memorandumu müzakirəyə çıxarılıb.

Məlumata görə, müzakirə zamanı Ermənistan nümayəndə heyətinin üzvləri çıxışlarında məruzənin adının dəyişdirilməsini, Avropada su problemlərinə həsr edilməsini tələb ediblər. Sosial Komitənin üzvləri, Böyük Britaniyalı deputat Mayk Hanqkok, Belçıkalı deputat Blanşar, Moldovalı deputat Gileviç ermənilərin bu təklifinə etirazlarını bildirib və belə təxribatlara son qoymağın vaxtının çatdığını bildiriblər. Ermənistan və AŞPA Katibliyinin bütün səylərinə baxmayaraq, məlumat xarakterli memorandum baş tutub, Ermənistan və AŞPA Katibliyinin niyyətləri puça çıxıb.

E.Süleymanov bildirib ki, AŞPA Katibliyinin məsləhəti ilə Ermənistan nümayəndə heyəti üzvlərinin istər Assambleyanın dünən müzakirəyə çıxarılmış "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması" məruzəsinin, istərsə də Sərsəng Su Anbarı ilə bağlı bu gün Sosial və Siyasi Komitələrdə müzakirəyə çıxarılmış məruzənin adlarının dəyişdirilməsinə yönələn səyləri onu göstərir ki, Ermənistan tərəfi işğal siyasətlərinin ifşa olunmasından təşvişə düşüb və ciddi narahatlıq keçirir.”

Xatırladaq ki, Sərsəng Su Anbarı ilə bağlı AŞPA-da hazırlanacaq məruzə işğal altında olan strateji obyektlərə həsr olunan ilk məruzə olacaq.

  • Yazılıb
  • da (də) 2014 Oct 01