Tarix : 2014 Oct 01
Kod 44169

DEPUTAT : nikahdankənar doğulan uşaqların sayı 4 dəfə artıb

ötən il Azərbaycanda doğulan belə uşaqların sayı 25 mindən yuxarıdır

Arannews - “Son 10 ildə  Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı 4 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda doğulan belə uşaqların sayı 25 mindən yuxarıdır».

Bunu deputat Fəzail Ağamalı açıqlayıb.

Ağamalı əlavə edib : “«Bu, vətəndaş nikahını rəsmiləşdirmək cəhdi kimi qiymətləndirilə bilməz. Adamlar vətəndaş nikahında yaşayırlarsa, buna hər hansı rəsmi don geydirmək olmaz. Lakin orası da var ki, belə nikahdan doğulan uşaqlar böyük problemlərlə üzləşirlər. Özü də getdikcə Azərbaycanda vətəndaş nikahından doğulanların sayı artır.”

Deputat deyib : «Qanunda sadəcə göstərilir ki, rəsmi və  vətəndaş nikahından doğulan uşaqların hüquqları eynidir: Lakin bunun mexanizmi yoxdur. Buna görə qanuna dəyişiklik edilməli, vətəndaş nikahından doğulan uşaqların üzərində valideyn məsuliyyəti tənzimlənməlidir. Olmasa, həmin 25 min uşağı potensial cinayətkar kimi qəbul etmək olar».

Ağamalı əlavə edib  ki, valideyn himayəsindən məhrum olan uşaqları dövlət himayə edir, lakin bu qayğı hər kəsi əhatə edə bilməz.

Deputat,  vətəndaş nikahı adlandırılmış qeyri-şər'i cinsi əlaqələrdən doğulmuş uşağların sayının artmasının əsas səbəblərinə  toxunmayıb. Lakin sosioloqları n fikrincə, Avroviziya mədəniyyətinin yayılması Azərbaycanda nikahdankənar doğulan uşaqların sayının artmasına gətirib çıxarıb.

Bu bir haldadır ki, çox sayda uşağ da bu illər ərzində abort olunub.  Açıqlanmış son rəqəmə görə, Azərbaycanda hər gün 76 abort edilir.

  • Yazılıb
  • da (də) 2014 Oct 01