Tarix : 2014 Oct 01
Kod 44161

Türkiyənin “Öztürklər Holdinq” şirkəti Ermənistana yatırım edir

Ermənistan kiçik ölkə olmasına baxmayaraq burada pul qazanmaq imkanları mövcuddur

Arannews - Türkiyənin “Öztürklər Holdinq” şirkəti Ermənistan iqtisadiyyatına yatırım edən ilk türk firması kimi tarixə düşüb.

Ermənistan mətbuatınin verdiyi xəbərə görə, holidinqin sahibi Yusuf Öztürk məsələ ilə bağlı açıqlama verərək bildirib ki, onlar ilkin olaraq İrəvanda çoxmərtəbəli ticarət mərkəzi inşa etməyi planlaşdırırlar: “Ermənistan kiçik ölkə olmasına baxmayaraq burada pul qazanmaq imkanları mövcuddur, mən bu ölkəyə biznes yatırımı edən ilk türkəm. Gələcəkdə Ermənistanda 5 minə qədər ev tikməyi planlaşdırıram”.

Ermənistan hökuməti də öz növbəsində türkiyəli sahibkara heç bir problem yaradılmayacağını bildirib.

  • Yazılıb
  • da (də) 2014 Oct 01