Tarix : 2014 Sep 30
Kod 44151

Azərbaycan hakimiyyətin ələ keçirmək istəyənlər

Rusiya Diplomatları Assosiasiyasının sədr müavini, Rusiya Federasiya Şurasının sədr müavininin müşaviri Andrey Baklanov bu günlərdə “Nezavisimaya qazeta”da dərc olunmuş məqaləsində yazır ki, islamçıların can atdığı xilafət artıq yaranıb və müsəlman radikallara görə, bu hadisə “əsl vaxtında” baş verib.

Arannews- Ekspert yazır ki, hazırda xilafətin rəhbərliyinə daxil olan yaraqlılar 2011-ci ildən etibarən xarici sponsorlarından, o cümlədən Qərbdən əhəmiyyətli yardım alırdılar. Daha sonra, 2013-cü ildə suriyalı və iraqlı radikallar birləşdilər. İndi onlar İraq və Suriya ərazilərinin əhəmiyyətli hissəsində xilafət elan ediblər.

Rusiyalı diplomat yazır ki, hazırda İŞİD qüvvələri faktiki olaraq nizami ordu təşkil edir, onların sıralarında 30-50 min arası döyüşçü var. İŞİD öz sıralarına keçmiş hərbçiləri və yüksək vəzifəli xüsusi xidmət əməkdaşlarını cəlb edib.

Andrey Baklanovun sözlərinə görə, KİV-lər nahaq yerə İŞİD-i orta əsrlər xilafət liderlərinin işini davam etdirən təşkilat sayırlar. Əslində o, tamamilə müasir strukturdur, yeni silah nümunələrindən və psixoloji müharibə metodlarından, o cümlədən internetdən istifadə edir.

Baklanov yazır ki, İŞİD ələ keçirdiyi ərazilərdə neft yataqlarını istismar edir və hər gün milyonlarla dollar qazanır. Qruplaşma neftçiləri, mühəndisləri və fəhlələri yaxşı maaşla işə cəlb edib. İŞİD Suriya və İraqda hər gün 80 min barrel neft hasil edir. Bu neftin “qara bazaar”da satış qiyməti 1 barrel üçün 40 dollar təşkil edir. Əsirlərin pula dəyişdirilməsindən və digər mənbələrdən əldə edilən qazancı da hesablamaqla İŞİD-in illik gəliri 1 milyard dollardan yuxarıdır. İndiyə qədər heç bir terror qruplaşmasının bu qədər pulu olmayıb.

Andrey Baklanov yazır ki, İŞİD ərəb ölkələrində hakimiyyəti ələ almağa can atır. Onların planlarına görə, İraq və Suriyada möhkəmləndikdən sonra “xilafəti” Səudiyyə Ərəbistanına doğru genişləndirəcəklər. Daha sonra onlar Küveyt və onun nefti ilə məşğul olacaqlar.

A.Baklanovun sözlərinə görə, İŞİD-in daha sonrakı hədəfi Türkiyə və Azərbaycandır.

“İŞİD liderlərinin fikrincə, həmin ölkələrdə də İslama zidd hökmdarlar var və onları dəyişdirmək zəruridir” - deyə Baklanov yazır. 

  • Yazılıb
  • da (də) 2014 Sep 30