Tarix : 2014 Sep 29
Kod 44147

Iran Azərbaycan gömrüyü 24 saat işləyəcək

Bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib

Arannews - Azərbaycan və İran hər iki ölkənin gömrük-buraxılış məntəqələrinin işini sutkalıq rejimə keçirmək məsələsini müzakirə edəcəklər. Bunu İran İslam Respublikasının  Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.

Biləsuvar sərhəd-keçid gömrük məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsinə dair razılaşma avqust ayında birgə hökumətlərarası komissiya çərçivəsində əldə olunub.

İran-Azərbaycan sərhədində 4 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bunlar Biləsuvar, Şahtaxtı-Poldəşt, Astara və Culfa məntəqələridir. Hazırda Azərbaycan və İran arasında Aslandüz-Horadiz beşinci sərhəd-keçid məntəqəsinin açılması üzrə də razılıq əldə olunub.

  • Yazılıb
  • da (də) 2014 Sep 29