Tarix : 2014 Sep 29
Kod 44146

AİP funksionerləri Hacı Mövsüm Səmədovla görüşə bilməyib

Bu haqda AİP-in sədr müavini Vüqar İbayev məlumat verib

Arannews - AİP sədr əvəzi Elçin Manafov başda olmaqla bir qrup partiya funksioneri və üzvləri Hacı Mövsüm Səmədovla görüşmək üçün 12 saylı CÇM-də olub .

Bu haqda AİP-in sədr müavini Vüqar İbayev məlumat verib.

CÇM-in şöbə rəisi Babək İsgəndərov görüşə gələnlərin sənədlərini geri qaytararkən bildirib ki, Hacı Mövsüm Səmədov nizam-intizam qaydalarını pozduğuna görə cəza kamerasına salınıb.

İslam aliminin hansı qaydanı pozduğunu şöbə rəisindən soruşsalar da, cavab verilməyib.

AİP rəsmiləri Babək İsgəndərova bildiriblər ki, Hacıya qarşı olunan bu haqsızlıqlara görə ictimaiyyətin narahatlıq keçirdiyini bildirib.

Mövsüm Səmədovun sentyabrın 30-da xüsusi cəza rejimində saxlanma müddəti başa çatacaq.          

  • Yazılıb
  • da (də) 2014 Sep 29