Tarix : 2014 Sep 29
Kod 44145

Rusiya Suriya ilə bağlı ABŞ yeni mesaj verib

ABŞ Suriyanın dövlət obyektlərini hədəfə aldığı təqdirdə Rusiya Suriya hökümətinə 300-S Havadan Müdafiə Sistemini, yeni qırıcılar və...

Arannews - Rusiya Suriya ilə bağlı ABŞ və Türkiyəyə yeni mesaj verib

"Əl Məyadeen" telekanalının rəsmi saytınin verdiyi xəbərə görə, Rusiya ABŞ-ın Suriyadakı terrorçuları hədəfə aldıqdan sonra, Suriya dövlətini hədəfə aldığı təqdirdə yeni tədbirlər həyata keçirəcək.

Telekanal Rusiyanın Vaşinqtondakı adının açıqlanmasını istəməyən diplomatına istinadn xəbər verir ki, ABŞ Suriyanın dövlət obyektlərini hədəfə aldığı təqdirdə Rusiya Suriya hökümətinə 300-S Havadan Müdafiə Sistemini, yeni qırıcılar və vertolyotlar verəcək.

Həmçinin telekanal rus diplomata istinadən bildirir ki, Rusiya Aralıq dənizindəki hərbi varlığını da artıracaq.

Bu cür addımlar, Türkiyə ordusunun Suriyaya qarşı hərbi müdaxilə etdiyi təqdirdə də baş verəcək.
  • Yazılıb
  • da (də) 2014 Sep 29