Tarix : 2014 Sep 29
Kod 44140

Araz Quliyevi 3 aylıq kamera tipli otağa salıblar

Bu barədə vəkil Zaman Səmədov məlumat verib

Arannews - Cenubnews.com saytının baş redaktoru Araz Quliyev vəkili ilə görüşüb

Bu barədə vəkil Zaman Səmədov məlumat verib.

vəkil qeyd edib ki, “Bir neçə gün əvvəl Araz Quliyevlə görüşdüm. Onu 3 aylıq kamera tipli otağa salıblar. Bu 3 aylıq müddət  oktyabr ayının 16-sı bitir. Yəni 16-dan sonra kamera tipli otaqdan çıxacaq. O məndən istədiki, Avropa insan hüquqları məhkəməsinə şikayət məsələsinin üzərinə düşək. Məndə dedim ki, narahat olma yoluna qoyarıq məsələni.Hər kəsə salamları var.”

Qeyd edək ki, jurnalist Araz Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 8 il müddətinə azadlıqdan məhrum edilib. Araz Quliyev və daha 7 nəfər 2012-ci il sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulub. 

  • Yazılıb
  • da (də) 2014 Sep 29