Suriyanın xarici işlər naziri , Amerikanın İŞİD-ə qarşı olan anti-terror koalisiyasının ...
Arannews - Suriyanın
xarici işlər naziri Vəlid Əl-Müəllim, Amerikanın İŞİD-ə qarşı olan anti-terror
koalisiyasının beynəlxalq qanuniliyə malik olmadığını vurğulayıb.
Vəlid Əl-Müəllim
bildirib ki,"İŞİD-ə qarşı yaradılmış anti-terror koalisiyası BMT Təhlükəsizlik
Şurasının icazəsi olmadan yaradılıb. Bu isə, koalisiyanın beynəlxalq baxımdan
qanuni olmadığı mənasındadır."
Xatırladaq ki,Vəlid
Əl-Müəllim bundan öncə də Suriya ərazisində İŞİD-ə qarşı istənilən hərbi əməliyyatın
Dəməşq ilə razılaşdırılmış qaydada olmasına təkid etmişdi.
Qeyd edək ki,ABŞ bu
ilin sentyabr ayının əvvəllərində İŞİD-ə qarşı mübarizə adı altında yeni bir
koalisiya yaradıb.ABŞ-ın rəhbərlik etdiyi yeni koalisiya Suriya və İraq ərazisində
mərkəzi dövlətlə razılaşdırılmamış şəkildə İŞİD-in mövqelərinə havadan zərbələr
endirir.