Tarix : 2014 Sep 29
Kod 44137

Fransa Senatının üzvü, Filipp Kaltenbax İrəvanda səfərdədir

deputat macal tapıb işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfər də edib

Arannews - Ermənistanda səfərdə olan Fransa Senatının üzvü, Fransa-Ermənistan dostluq qrupunun üzvü Filipp Kaltenbax İrəvanda səfərdədir. Erməni KİV-ə istinadən verdiyi xəbərə görə, deputat macal tapıb işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfər də edib.

Qarabağ problemini həll perspektivindən danışan ermənipərəst fransız Azərbaycan prezidenti İlham Əliyevin həddən ziyadə sərt mövqe sərgilədiyinə diqqət yönəldib. “Onun tərəfindən hansısa güzəşt gözləməyi təsəvvürə gətirmək çətindir. Həmsədrlərin səylərinə baxmayaraq, aydındır ki, danışıqlar prosesi çox çətinliklə irəliləyir”, - deyə deputat qeyd edib.

  • Yazılıb
  • da (də) 2014 Sep 29