Tarix : 2014 Sep 28
Kod 44130

Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası işə başlayıb.

İclas Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən ilk rəsmi tədbirdir.

Arannews- Azərbaycanın siyasi məhbus mövcudluğuna görə sərt tənqid edən  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası ilə bağlı fikirlərimi bölüşürəm:

“ Siyasi möhtəkirlər!!! İndi ayılıblar ki, ölkədə siyasi məhbuslar var?! Bəs İlqar Məmmədovdan qabaq həbs olunan Mövsümlər, Abgüllər, Talehlər, mərhum Vaqiflər həbs olunarkən harada idiniz? Sizin göz yaşlarınız timsahın göz yaşlarına bənzəyir. Elə bilirsən ki, ağlayır, yaxınına gedəndə ağzın açıb adamı udur. Siz yalandan bizə göz yaşı tökməyin. Siz ancaq yuxarıdan aşağıya raket tökə bilərsiniz. Əfqanıstan, İraq, Suriyadakı vətəndaş qırğını sizin "ən gözəl rəsm əsərlərinizdir". Bizim üçün yalandan göz yaşı tökməyin.

Azərbaycan xalqı 26 ildir - Qarabağ müharibəsi başlayandan Qərb dövlətləri tərəfindən siyasi məhbusa çevrilib. Bir milyon qaçqın-köçkün, minlərlə əsir-əlil varımızdır. Nə haqla bu gün Avropa Şurası İnsan haqlarından danışır?! 22 ildir ABŞ başda olmaqla bir çox Qərb dövlətləri işğalçı Ermənistana silah, digər maddi, mənəvi yardım göstərir. Siz bu xalq üçün qara kabussunuz. Bu xalq özü öz siyasi məhbusunu da, torpaqlarını da azad edəcək. Sizə bizim ehtiyacımız yoxdur”.

  • Yazılıb
  • da (də) 2014 Sep 28