Tarix : 2014 Sep 28
Kod 44126

Azərbaycan Respublikasında biabırçılıq

Bir neçə gün öncə Azərbaycanda eynicinsli şəxslərin nişan mərasimi keçirildi

Arannews - Azərbaycan Respublikasında xüsusi və məkirli plan əsasında pozğunluğun yayılması çərçivəsində son həftələrdə Bakıda “düniya gözəli”, Gəncədə şərab festivalı və yenə də Bakıda eynicinslilərin nişanlanma mərasiminin keçirilməsinə cəmiyyətin tolerant yanaşması təəccüb doğurub.

Ekspertlərin fikrincə, cəmiyyətin bu biabırçılıqlara etinasız yanaşması təhlükəli gələcəkdən xəbər verir. Bu tendensiya 2011-ci ildən Azərbaycan Respublikasında sionist rejimin becərdiyi müğənnilərin Avroviziya mahnı yarışının qalibi elan edilməsi, 2012-ci ildə isə Bakıya Avroviziya mahnı yarışına ev sahibliyi etmək missiyasını tapışırmaqla şiddətlənib. Həmən il Bakıda gey-parad Avroviziya mahnı yarışı ilə bərabər planlaşdırılmışdı ki,

xalqın etirazları ona mane oldu. Lakin indi həmən hərəkətlər Bakıda rahatçılıqla icra olunur.

İlahiyyatçı Elşən Mustafaoğlu bildirib : “Eynicinsli insanların nigahı İslama görə məqbul hesab edilmir.”

Deputat Fazil Mustafa isə deyib: “Hemoseksual olan insanların Azərbaycan Respublikasında fəxri adlar və titullar alması onların ciddi himayə

olunduğunu göstərir!”

“Yeni Musavat” qəzeti bu biabırçılıqla bağlı yazıb: Bir neçə gün öncə Azərbaycanda eynicinsli şəxslərin nişan mərasimi keçirildi. Mətbuat,xüsusən də internet və media bu şəxslərin facebook statusuna istinadən xəbəri

tirajladı və bu şəxslər cəmiyyətə verdiyi “Homofob cəmiyyətimizə meydan

oxuduq”, “Sevginin cinsi yoxdur, unutmayın” mesajlarını da yaymaqdan çəkinmıədilər. Təəccüblü olan isə eyni cinsdən olan iki şəxsin nişanlanması və bunu açıq şəkildə bəyan etməsi deyil. Təəccüblü olan cəmiyyətin buna

səssiz qalması, heç bir irad səsləndirməməsidir. Təbii ki, söhbət həmin şəxslərə qarşı fiziki cəzalandırmadan yox, ictimai qınaqdan gedir. İctimai qınaq isə digər məsələlərdə olduğu kimi bu məsələdə də səsini çıxartmadı.

Üstəlik facebookda bu şəxsləri təbrik edənlər də tapıldı.

  • Yazılıb
  • da (də) 2014 Sep 28