Tarix : 2014 Sep 28
Kod 44121

İŞİD İstanbul Universitetinə hücum etdi

Bu hadisə ilə bağlı universitet tərəfindən ətraflı rəsmi açıqlama veriləcək

Arannews - Türkiyədə İstanbul Universitetinin Ədəbiyyat fakultəsində İŞİD təkfirçi terrorçularına qarşı açılmış afişa, terrorçuları dəstəkləyənlərin qəzəbinə tuş gəlib. Belə ki, radikal “Müsəlman Gənclik” qrupunun üzvü olan tələbələr afişanın yığışdırlması üçün 15 dəqiqə vaxt veriblər, istəkləri yerinə yetirilməyən İŞİD dəstəkçiləri afişaya və digər tələbələrə daşlarla, mismarlı dəyənəklərlə hücum ediblər. Hücum zamanı bir tələbə başından aldığı zərbə nəticəsində yaralanıb.

Hadisə yerinə gələn polislər “Müsəlman Gənclik” üzvü olan 3 tələbəni həbs edib.

Bu hadisə ilə bağlı universitet tərəfindən ətraflı rəsmi açıqlama veriləcək.

  • Yazılıb
  • da (də) 2014 Sep 28