Tarix : 2014 Sep 22
Kod 44052

Bakı-Ənzəli gəmi reysinin bərpasına hazırliq

bu reysin bərpa olunması müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində İran və Azərbaycan arasında əlaqələrin genişlənməsinə səbəb olacaq

Arannews - İran qarşılıqlı əlaqələrin səviyyəsini yüksəltmək üçün Bakı-Ənzəli dəniz sərnişin reysinin təkrar işə salınmasına hazırdır.Bunu cümə günü Ənzəli azad ticarət-sənaye zonası təşkilatının rəhbəri Rza Masrur Rəşt şəhərində azərbaycanlı jurnalistlər qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu reysin bərpa olunması müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində İran və Azərbaycan arasında əlaqələrin genişlənməsinə səbəb olacaq.

R.Masrur, həmçinin Azərbaycan səhmdarlarını Ənzəli azad iqtisadi zonasına vəsait yatırmağa çağırıb və əlavə edib ki, İran bu zonaya investisiya yatıran Azərbaycan iş adamlarına vergi güzəştləri təklif edir.

O, qeyd edib ki, mülkiyyət sahəsində Azərbaycan səhmdarları üçün heç bir məhdudiyyət yoxdur: "100 faizlik xarici mülkiyyət imkanı səhmdarlar üçün bu zonanın üstünlüyüdür".

R.Masrurun sözlərinə görə, Ənzəli iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın iqtisadi potensialını öyrənmək məqsədilə noyabrda Bakıya səfər etməyi planlaşdırır.

  • Yazılıb
  • da (də) 2014 Sep 22