Tarix : 2014 Sep 22
Kod 44050

Rusiyada etiraz aksiyası keçirilib

Etiraz aksiyasında Rusiya müxalifətinin müxtəlif təbəqələrini təmsil edən şəxslər iştirak edib

Arannews - Rusiyada müxalifət tərəfdaları Ukraynada törədilən zorakılıqlara qarşı etiraz aksiyası keçiriblər.

Paytaxt Moskvada baş tutan aksiyaya minlərlə insan qatılıb.

Aksiyaçılar şəhərin mərkəzi küçələrindən birində “Ukraynada müharibəyə yox”, “Qardaşlarımıza güllə atmayın”, “Putin müharibə və yalanlarına son qoy” şüarları ilə yürüş ediblər.

Aksiya “Ədalətli Rusiya” və “Başqa Rusiya” partiyasının təşəbbüsü ilə baş tutub.

“Biz Ukraynada aparılan müharibə də daxil olmaqla istənilən müharibəyə qarşıyıq. Düşünürük ki, insanlar istənilən problemi danışaraq həll etməlidirlər. Bizə sülh və azadlıq lazımdır. Rusiyada azadlıq, Kiyevdə sülh istəyirik”, - deyə Başqa Rusiya partiyasının üzvü İrina Xakamada bildirib.

Ədalətli Rusiya partiyasının üzvü Dmitri Qudkov yürüşü, eyni zamanda, Rusiyanın Avropa seçimi üçün bir aksiya adlandırıb.

Ukraynanın şərq hissəsində Rusiyadan dəstək alan separatçı qruplar aprel ayından etibarən hökumət qüvvələri ilə döyüşlərə başlayıblar.

  • Yazılıb
  • da (də) 2014 Sep 22