Tarix : 2014 Sep 21
Kod 44033

Iran İslam Respublikası həmişə Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişlərinin asanlaşdırılmasını dəstəkləyib

Naxçıvan İran vətəndaşlarına vizanın verilməsini asan və ucuzlaşdırıb

Arannews - İran-Azərbaycan Respublikası Müştərək Komissiyasının 9-cu iclasının protokolundakı əlaqədar bəndin icrası istiqamətində Naxçıvan İran vətəndaşlarına vizanın verilməsini asan və ucuzlaşdırıb.

Mərənd və Culfa şəhrestanları əhalisinin İran İslam Şurası Məclisindəki nümayəndəsi- doktor Məhəmməd Həsənnejad deyib: Sentyabrın 20-dən Naxçıvana giriş nöqtələrində İran vətəndaşlarına 15 günlük viza verilir və bunun xərci 10 avro təyin edilib.

İran İslam Şurası Məclisinin İqtisadi Komissiyasının üzvü deyib: Bu viza yalnız Naxçıvan Muxtar Respublikasına məxsusdur və bu üzdən Bakı şəhəri daxil olmaqla Azərbaycan Respublikasının digər şəhərlərinə səfər etməyə şamil olmur.

O, əlavə edib: Iran İslam Respublikası həmişə iki ölkə vətəndaşlarının gediş-gəlişlərinin asanlaşdırılmasını dəstəkləyib və bu məqsədlə bir neçə ildir ki, ölkəmiz birtərəfli şəkildə Azərbaycan vətəndaşlarından vizanın istənilməsi vacibliyini ləğv edib.

Bu məlumata əsasən, bundan qabaq Culfa-2 sərhədində İran vətəndaşları üçün vizanın məbləği təqribən 80% azaldılıb.

Həsənnejad sonra söyləyib: İki ölkənin sərhəd məntəqələrinin əhalisi arasında ailəvi, mədəni və ictimai ortaqlıqlara əsasən, viza rejiminin yaradılması müxtəlif səviyyələrdə əlaqələrin inkişafına mane olmuşdu və gözlənilir ki, cari şəraitlə iki ölkə əlaqələri müxtəlif sahələrdə ən yaxşı tərzdə inkişaf və davam edəcək.

  • Yazılıb
  • da (də) 2014 Sep 21