Tarix : 2014 Sep 21
Kod 44032

AİM növbəti toplantısını keçirdi

Bu barədə sayta AİM üzvü, AİP gənclər təşkilatının sədri Vüqar Abdullayev məlumat verib

Arannews - AİP Analitik İnformasiya Mərkəzinin bu gün növbəti toplantısı keçirilib. Bu barədə sayta AİM üzvü, AİP  gənclər təşkilatının sədri Vüqar Abdullayev  məlumat verib.

O qeyd etdi ki, bu günkü toplantının gündəliyinə 4 məsələ daxil edilib. Analitik İnformasiya Mərkəzinin üzvləri İsrail müdafiə nazirinin Azərbaycana rəsmi səfəri, hacı Mövsüm Səmədovun cəza yerinin dəyişdirilməsi və digər məhbusların hüquqlarının müdafiə vəziyyəti, Əsrin müqaviləsinin 20-ci ildönümü- Türkiyə baş nazirinin Azərbaycana səfəri, yeni dərs ilində hicab qadağasının davam etdirilməsini müzakirə ediblər.

AİM üzvləri öncə  hicab şəhidi Haçı Vaqif Abdullayevin 63 yaşının bu gün tamam olduğunu deyərək onun xatirəsini yad etdilər və ruhuna dualar oxudular.

AİM üzvü Akif Heydərli gündəlikdə duran məsələlər barədə ümumi məlumat verərək, toplantı iştirakçılarının diqqətini İsrail Müdafiə Naziri Moşe Yalonun Azərbaycana səfəri barədə təfərruatlara yönəltdi.

 O, qeyd etdi ki, Yalonun Bakıya səfəri rəsmi xarakter daşısa da bu haqda informasiya vasitələrinə İsrail təyyarəsi H.Əliyev hava limanına enənə qədər heç bir məlumat verilməyib.

A.Heydərli məsələ ilə bağlı öz mövqeyini çatdırdı:

” Belə sürprizlər çox az hallarda baş verir. Adətən keçmiş nağıllarda insan qatilləri olan əjdahalar müxtəlif yerlərdə gözə görünmədən peyda olurdular. Amma Moşe Yalonun bu cəsarəti onun əjdahadan da qorxulu bir varlıq olmasına işarədir. Bütün dünya İsrail Müdafiə Nazirinin kimyəvi silahlarla silahlanmış əsgərlərə fələstinli müsəlman, günahsız, əliyalın körpələrə qarşı hücum əmri verməyini və atəşə tuş gəlmiş məsum insanların, qoca və qadınların, yenicə dil açan körpələrin necə yanaraq əridiyini görüb qatilləri lənətlədiyi bir zamanda, onun müsəlman ölkənin paytaxtı Bakıya səfərini tarixin qara ləkəsi kimi də qiymətləndirmək olar. Bu səfər mənə böyük Sovetlər İttifaqının dağılmasına təkan verən və dağılacağını strateji cəhətdən sübut edən bir faktı- ABŞ helikopterinin bütün radarları dəf edərək Sovet İttifaqının paytaxtı Moskvanın mərkəzi meydanı olan Kremlin qarşısına maneəsiz enməsini xatırlatdı. Allah belə fasadlardan xalqımızı qorusun.  Özlərini dünya xalqları içərisində ali irq sayan sionistlərin-insan qatilləri tək tanınan bəşəri cinayətkarların, baş kəsənlərin, hər gün qan axıdanların başında duranların mərhəmətli və humanist, yüksək mədəniyyətə və zəngin tarixə malik, İslam dini kimi pak, müqəddəs inanc sahibi olan bir xalqın torpağına ayaq açması heç Allaha da xoş  getməz.

İslam Partiyası olaraq biz hər hansı bir dövləti təmsil etməsindən asılı olmayaraq, insanlığa qarşı cinayətkar əməllər törədənlərin, xüsusən də İslamın və müsəlmanların qatı düşmənlərinin müqəddəs diyarımıza gəlişini, hər hansı bir səfərini qətiyyətlə pisləyir, yolverilməz addım kimi qiymətləndiririk.”

Vüqar Abdullayev onu da vurğuladı ki, AİP-in sədr əvəzi hacı Elçin Manafov İsrail müdafiə nazirinin gəlişini pisləyərək bunun yolverilməz olduğunu vurğuladı.

Hacı Elçin Hacı Mövsüm Səmədovun cəzacəkmə müəssisəsindən çıxarılmasını və səbəbsiz yerə digər müəssisəyə göndərilməsini də məhz israilli nazirin gəlişilə əlaqələndirdi:

”Bildiyimiz kimi, 11 saylı cəzaçəkmə müəssisəsi şəhərin mərkəzində yerləşir, hacını çoxsaylı dindarlar tez-tez ziyarət edirdilər. Saxlanma şəraiti də nisbətən əlverişli idi və Səmədəov həmin müəssisədə özünə çoxlu həmfikir qazanmışdı. Biz ümid edirdik ki, müqəddəs bayramlar və ya əlamətdar günlər münasibətilə hacını həbsdən azad edərlər. Amma sahidi olduq ki, hər dəfə müəəyyən addımlar atılaraq bu işə maneçilik törədilir.”

Natiq bunun cəmiyyətdə böyük narazılıq dalğası yaratdığını da diqqətə çatdırdı.

AİM-in toplantısında çıxış edən AİP funksioneri Vüqar İbayev diqqəti sionist rejimin rəsmi nümayəndəsinin Quba səfərinə yönəldərək onun Qırmızı qəsəbə sakinlərini ziyarət etməsinin pərdə arxasında qalan bir məqamını qeyd etdi:

” Yəhudi icmasının başçısı bildirib ki, biz burada 2 min ildir rahat məskən salmışıq. O, bütün yəhudiləri Azərbaycanda yaşamağa dəvət edib. Bu fikir Liberman gələndə də səslənmişdi. Bu isə o deməkdir ki, Azərbaycan onların ata-baba torpaqları olub və burda yerləşmək yəhudilərin qanuni haqqıdır.”

Hacı Mövsümün başqa yerə köçürülməsi məsələsinə toxunan İbayev onun həbsdə belə ölkədəki rüşvətxorluq, korrupsiya hallarına qarşı səsini ucaltdığını və buna görə daim təzyiqlərə məruz qaldığını, son olayın isə hacıya qarşı yeni cəza üsulu olduğunu dedi. Digər natiqlər də bu məsələlərə münasibət bildirərək Famil Şükürovun haqsız yerə həbsə məhkum olmasını məhkəmələrin sifarişli olması ilə əlaqələndirdilər.

Əsrin müqaviləsinin 20-ci ildönümünə toxunan Üzeyir Heydərli AiP-in vaxtilə bu müqavilənin bağlanmasına etirazını xatırladaraq onun sadə insanların güzəranına müsbət təsiri olmamasını bəzi səbəblərlə izah etdi:

” Neft kəməri İrandan keçsəydi iqtisadi baxımdan daha əlverişli olacaqdı. Lakin o zaman Qərb dövlətlərinin təzyiqi ilə nəzərdə tutulan marşrut dəyişdirildi. Amma vəd edildiyi kimi, işğal olunmuş torpaqlar geri qayıtmadı, bölgələrdə gənclər işsizlik ucbatından xarici ölkələrə üz tuturlar. İnsanlar dolanışıq üçün paytaxta və böyük şəhərlərə axışırlar. Bu neft xətt yalnız Bakının simasını dəyişməyə kömək etdi. Bakı-Ceyhan xəttindən Gürcüstan və Türkiyə bizdən daha çox gəlir götürdü“.

Üzeyir Heydərli Əhməd Davudoğlunun baş nazir kimi Azərbaycana ilk səfərinə toxunaraq onun şeyxlə görüsməsinin və Bakıda bir sıra mühüm bəyanatlar verməsinin, ümumilikdə  bu səfərin iki ölkə arasında dostluq münasibətlərinin güclənməsinə töhvə verdiyini dedi.

Akif Heydərli, Rövşən Nuri yeni tədris ilində ölkədə hicab qadağasının davam etməsinə toxunaraq, bu halın Azərbaycan gəncliyinin mənəviyyatsız yetişməsinə və gələcəkdə daha böyük fəsadlara səbəb olacağını qeyd etdilər.

 İslamçı Rəşad Dadaşov bu problemin müvafiq qurumlarla birgə sivil formada müzakirə edilməsinin vacibliyini vurğuladı.

Tədbirin sonunda Üzeyir Heydərli yekdilliklə AİM-in sədri seçildi.

  • Yazılıb
  • da (də) 2014 Sep 21