Tarix : 2014 Sep 21
Kod 44031

Erməni qızların vətənpərvərlik hissi yüksəkdir

oğlanlar qızlardan nümunə götürməlidilər

Arannews - "Bu il üç rabitəçi qız Armenak Xamperyansa adına hərbi-aviasiya institutunu bitirib".

Məlumata görə, bu sözləri Ermənistan müdafiənin nazirinin müavini Ara Nazaryan deyib.

O bildirib ki, Vazqen Sarkisyan adına hərbi instituta isə bu il yeddi qız daxil olub:

"Onlar motoatıcı alayında xidmət edəcəklər. Daha yeddi qız Armenak Xamperyansa adına Hərbi-aviasiya institutuna hava hücumuna qarşı müdafiə ixtisası üzrə daxil olub".

Nazir müavini bildirib ki, erməni qızların vətənpərvərlik hissi yüksəkdir. O hətta oğlanların qızlardan nümunə götürməli olduğunu bildirib. Göründüyü kimi Ermənistan Ordu rəhbərliyinin ümidi qızlara qalıb.

  • Yazılıb
  • da (də) 2014 Sep 21