Tarix : 2014 Sep 20
Kod 44023

Amerikada erməni «soyqırımı» dərsliklərə salınır

AB1915 layihəsinə əsasən Kliforniyada dövlət məktəblərində insan hüquqları proqramına erməni «soqyrımının» şahidlərinin ifadələri (?) salınacaq

Arannews - Amerikanın Kaliforniya ştatının qubernatoru Cerri Braun erməni «soyqırımının» dərsliklərə salınması barədə qanun layihəsinə imza atıb.

AB1915 layihəsinə əsasən Kliforniyada dövlət məktəblərində  insan hüquqları  proqramına erməni «soqyrımının» şahidlərinin ifadələri (?) salınacaq. Həmçinin qanun müəllimlərin qondarma iddia ilə bağlı peşəkar  inkişafı üçün tədbirlər də nəzərdə tutur.

Xatırladaq ki, avqustun 26-da  Kaliforniya senatı erməni «soyqırımı»nın dərsliklərə  salınması məsələsinə yekdilliklə səs vermişdilər. Bu barədə mövzular 7-12-ci sinif uşaqlarının dərsliklərinə salınacaq.

  • Yazılıb
  • da (də) 2014 Sep 20