Tarix : 2014 Sep 20
Kod 44022

Ermənistanla Rusiya arasında münasibətlər gərginləşməkdədir

Ermənistan cəmiyyətində Rusiyadan kütləvi "incimə" halları müşahidə edilir

Arannews - Ermənistanla Rusiya arasında münasibətlər getdikcə gərginləşməkdədir.

Məlumata görə, erməni mətbuatında Rusiya əleyhinə yazılar gün-gündən çoxalır. Bu məqalələrdən biri "Rusiya erməniləri xidmətinə görə belə "təşəkkür" edir" başlığı altında yerləşdirilib. Məqalədə erməni milyonçu Levon Ayrapetyanın Rusiya qarşısındakı xidmətlərindən sonra həbs edilməsi ilə bağlı narazılıq əksini tapıb.

Rusiya XİN Sergey Lavrovun iş adamının həbsi barədə bir kəlmədə olsun danışmadığı qeyd edilir. Xatırladılıb ki, Lavrov vaxtı ilə Ayrapetyanın fəaliyyətinə görə mükafatla təltif etmişdi.

Ermənilər yazırlar ki, indi onun bu xidmətləri yaddan çıxıb. Yazıda həmçinin Rusiyanın indiki simasının bu cür olduğu, Rusiyanın onun imicini formalaşdırdığı şəxslərə belə təşəkkür etdiyi qeyd edilir.

Ermənistan cəmiyyətində Rusiyadan kütləvi "incimə" halları müşahidə edilir.

  • Yazılıb
  • da (də) 2014 Sep 20