Tarix : 2014 Sep 18
Kod 44004

Sionist rejimin müharibə naziri Bakıda nə etdi?

Azərbaycan Respublikasının prezidenti- İlham Əliyev ölkəsinin İsrail rejimi ilə həmkarlıqlarını buz dağına bənzədib ki, onun 90%-i analitiklərin gözlərindən gizli qalıb

Arannews - Azərbaycan ilə sionist rejim arasında hərbi-texniki əməkdaşlıqların genişlənməsi xüsusiyyət təşkil etməklə onların strateji həmkarlığı regional təhlükəsizliyi böyük təhdid və problemlə üzləşdirib.

İsrail rejiminin silahqayırma şirkətlərinin Bakı hərbi sərgisindəki son geniş iştirakı və sionist rejimin müharibə nazirinin Bakıya ilk səfəri bu təhlükəli reallıqdan xəbər verir.

Azərbaycan Respublikasının keçmiş müdafiə naziri- Səfər Əbiyev Tehrana səfərində bildirmişdi ki; “Heç bir ölkə Azərbaycan ilə İranı bir-birinin qarşısında qoya və Azərbaycan ərazisindən İran İslam Respublikasına qarşı təhdid və hücum məqsədilə istifadə edə bilməz. Bu, bizim qətiyyətli mövqeyimizdir”.

Amma görəsən, Bakının bu hərbi rəsmisinin bəyanatı doğrudan da Azərbaycanda baş verənlərlə uyuşur?

Azərbaycan Respublikasının prezidenti- İlham Əliyev ölkəsinin İsrail rejimi ilə həmkarlıqlarını buz dağına bənzədib ki, onun 90%-i analitiklərin gözlərindən gizli qalıb. Belə ki, həmkarlıqların genişlənməsi Azərbaycan Respublikası prezidentinin bu bəyanatının reallığını daha artıq göstərir.

Bu mətləbi başa düşmək üçün silah alqısı üzrə Bakı ilə Təl-Əviv arasında fevral ayında imzalanmış 1,6 milyard dollarlıq müqavilənin detallarına nəzər salmaq kifayət edər.

               

Hərbi-texniki əməkdaşlıqlar, Bakı-Təl-Əviv həmkarlıqlarının əsas özəyi

Bakı ilə Təl-Əviv arasındakı silah müqaviləsi Azərbaycanın 2011-ci ildəki milli müdafiə xərclərinin təqribən yarısını təşkil edir və 1,6 milyard dollar əslində Azərbaycanın Müdafiə Sənayesi Naziriliyi üçün bu ölkənin 2012-ci il büdcəsində nəzərdə tutulmuş bütün xərclərə şamil olur.

Həmçinin bu rəqəm elan olunduğu zamanda ötən milad ilində 2,5 milyard dollardan yuxarı təqdim edilmiş İsrail rejimi ilə Azərbaycan arasındakı əmtəə mal mübadiləsi miqdarının yarısından yuxarı həddə olub.

2012-ci il fevral müqaviləsinin ardınca İsrail rejimi Azərbaycanın, Azərbaycan da sabiq sovet ölkələri arasında İsrail rejiminin ən mühüm ticarət şərikinə çevrilib.

Bununla belə, hərbi-texniki həmkarlıqlar iki tərəfin ticarət mübadilələrinin əsas özəyini təşkil edir.

Maraqlı burasıdır ki, Azərbaycan Respublikası ilə sionist rejimin təmasları daim Bakının hərbi xərclərinin artmasına gətirib çıxarır.

Azərbaycanda montaj olunmuş İsrail rejiminin pilotsuz təyyarələri nə edirlər?

2009-cu ilin iyununda Şimon Peresin Azərbaycana səfəri gedişində 400 milyon dollar dəyərində pilotsuz təyyarə istehsalı zavodunun inşası haqda müqavilə imzalandı və 2011-ci ildən bu sionist kəşfiyyat təyyarəsi istehsalı kompleksinin işi başlandı.

Belə bir halda, 2010-cu il ilə müqayisədə Azərbaycanın 2011-ci il hərbi büdcəsi ikiqat artımla 3,1 milyard dollar təşkil etdi(bütövlükdə bu ölkənin ümumi milli istehsalının 6.2%-i).

Hazırda Azərbaycanda “Orbiter”(fəaliyyət mənzili-50 km, hər bir ədəd təyyarənin xərci, təqribən 600min dollardır) və “Aerostar” (fəaliyyət mənzili-200 km, hər bir ədəd təyyarənin xərci, 1,5-2 milyon dollardır)pilotsuz təyyarələrinin istehsalına başlanılıb və pilotsuz təyyarələrin montajı həyata keçirlməkdədir.

Bu tip pilotsuz təyyarələrin istehsalı Azərbaycan Müdafiə Nazirliyinin “Azad Systems” şirkəti ilə İsrail rejiminin “Aeronautics efense Systems” şirkəti tərəfindən işə salınıb.

Azərbaycan-İsrail pilotsuzları və qonşu ölkələrin üzərində casusluq

Hal-hazırda sionist mütəxəssislərin həmkarlığı ilə montaj olunmuş “Orbiter” tipli son dərəcə yüngül və müəyyən qədər görünməz(elektrik motorlu) pilotsuz təyyarələr Azərbaycanın Qarabağ və İranla sərhədlərində əməliyyat aparmaqla məşğuldurlar.

Həmçinin nəzarət və monitorinq məsələlərində “Hermes-450 UAVs” tipli pilotsuz təyyarələrindən istifadə olunur ki, Azərbaycan onun 10 ədədini 2009-2012-ci illər ərzində İsrail rejiminin “Israel's Elbit Systems” şirkətindən satın alıbdır.

Yer stansiyasından nəzarət oluna bilinən “Orbiter” və “Aerostar”(Aerostar-ın Azərbaycanda montajına 2013-cü ildə başlanılıb) tipli pilotsuz təyyarələrin əksinə olaraq, Hermes-450 UAVs pilotsuzu GPS kosmikgəmidaşıma sisteminə malikdir, yəni kosmos vasitəsi ilə Hermes-in çəkdiyi bütün videolardan kənar nəzarətçi(bu pilotsuz təyyarələrin uçuş hüdudlarından kənarda yerləşən nəzarətçi) də istifadə edə bilər.

Bundan əlavə, kənar nəzarətçi kosmos vasitəsi ilə bu tip pilotsuz təyyarənin hərəkətini tənzimləyə bilər. “Hermes” avtomat pilot sisteminə malikdir. Bununla belə, bu tip pilotsuz təyyarənin uçuşuna nəzarət azərbaycanlı operator vasitəsilə yalnız uçuş və enmə zamanı lazımdır.(“S450” tipli pilotsuz təyyarə üçün DGPS sisteminin mövcud olması onun qalxması və enməsinin avtomatik surətdə həyata keçməsinə imkan yaradır).

Bu aparat lazer, infraqırmızı və elektroişıq sensorları, həmçinin data-lar mübadiləsi sistemi ilə təchiz olunubdur ki, təsvirləri canlı şəkildə və eyni vaxtda Azərbaycandakı yerdən nəzarət olunan stansiyalara və lazım olan təqdirdə, kosmos vasitəsilə İsrail rejiminin kəşfiyyat orqanlarına ötürmək qabiliyyətinə malikdir.

Əlbəttə, “Hermes-450” pilostsuz təyyarəsi tam şəkildə kampuzit maddəsindən düzəldilsə və onun hava hücumundan müdafiə(HHM) sistemləri tərəfindən aşkarlanması çətin olsa da Qarabağda yerləşən erməni hərbi qüvvələrinin bölmələri 2011-ci ilin sentyabrında bu tip Azərbaycan-sionist rejim pilotsuzundan bir ədədini vurub, yerə salmağa müvəffəq olmuşdular.

Böyük ehtimala qarşı bu məsələ istiqamətləndirmə sistemi infraqırmızı istilik şüası vasitəsi ilə fəallaşan “Strela-2M” HHM səyyar raket sistemindən istifadə ilə həyata keçir.

“Hermes-450” “hava-hava” və “hava-yer” raketləri kimi hücum sistemləri, həmçinin radioelektronik müharibə aparatları ilə təchiz oluna bilər. Lakin nisbətən məhdud radius(200-300 km) onlardan strateji əməliyyat səviyyəsində istifadə edilməsini mümükünsüz edibdir. Bu çatışmazlığı Azərbaycan və İsrail rejimi 1000 kilometrədək fəaliyyət imkanı olan “Searcher” və “Heron” hücum pilotsuz təyyarələrinin satın alınması barədə 1,6 milyard dollarlıq müqaviləni imzalamaqla aradan götürdülər.

Xas şəraitdə Azərbaycan-İsrail hücum pilotsuzlarından İrana qarşı da istifadə oluna bilər.

Azərbaycanda sionist lobbisinin mövcudluğu

2012-ci ilin yanvarında Davos Ümumdünya İqtisadi Forumunda İsrail rejiminin başçısı- Şimon Peres “özü və bütün yəhudi xalqı tərəfindən” bu rejimin Azərbaycandakı səfiri, yəhudi məktəbinin müəllimləri və ravvinini hədəfə almış Bakıda terror hərəkətlərinin qarşını aldığına görə, İlham Əliyevə dərin təşəkkürü və minnətdarlığını bildirdi.

Demək lazımdır ki, yəhudi icması və tatlar(dağ yəhudiləri) azəri ictimaiyyətinin ziyalı və tacir təbəqəsinin, xüsusən idarə strukturlarının nəzərəçarpacaq hissəsini təşkil edir və Azərbaycanın qərarçıxarmalarında rol oynayırlar.

Ari Qut adlı sionist ekspert vəziyyəti bu cür izah edir: Yəhudi icmasının nümayəndələri birbaşa surətdə Azərbaycanın bütün iqtisadi, ictimai, mədəni və siyasi sahələrində iştirak edir və dünya ictimaiyyəti ilə eyni zamanda Azərbaycan reallıqlarından mötəbər məlumatların əldə olunmasına, həmçinin Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına kömək edirlər.

“Begin-Sadat” sionist strateji araşdırmalar mərkəzinin işçisi- İlya Bertman o qədər də diplomatik olmayan, lakin yetərli informasiyalara malik olan ifadə ilə deyir: 1992-ci ildə Vaşinqtonda erməni lobbisinin təzyiqləri altında 907-ci düzəliş qəbul olundu ki, ona əsasən, Amerika hökuməti Qarabağ böhranının həllinədək Azərbaycana hər cür yardımın göstərilməsindən vaz keçdi.

Belə bir halda, ötən miladi əsrin 90-cı onilliyində Amerikanın Ermənistana yardımı bir milyard dollardan yuxarı idi. İsrail rejimi ilə əlaqələrin genişlənməsi ona gətirib çıxardı ki, Amerikada İsrail tərəfdarı olan lobbi 2002-ci ildə oğul Buşun idarəçiliyi dövründə qeyd olunan düzəlişi ləğ etməyə müvəffəq oldu. Həmçinin 2002-ci ildə Amerika Dövlət Departamenti 1993-cü ildən tətbiq olunmuş Azərbaycana silah satışı qadağasını ləğv və Birləşmiş Ştatlar hökuməti hərbi təchizatlar satın alması üçün Azərbaycana 4,4 milyon dollar məbləğındə qrant təqdim etdi.

Dağılmamışdan öncə SSRİ-də aparılmış siyahıyaalmaya əsasən və Azərbaycan-Ermənistan müharibəsinin başlanmasından qabaq Azərbaycan əhalisinin təqribən 1%-ni yəhudilər təşkil edirdilər. Onların bir çoxu işğal olunmuş Fələstinə mühacirət etdi. Onlar sonradan rusdilli mütəxəssislər kimi ikili təbəəlik və ya təkcə İsrail təbəəsi kimi Azərbaycanda ticarətlə məşğul olurlar. Onlar həmçinin hərbi müşavirlər və müxtəlif sahələr üzrə mühəndislər kimi Azərbaycanda rol oynayırlar.

Yəhudi icmasının Azərbaycanın idarəçilik strukturları və kəşfiyyat təşkilatlarında nə qədər pay əldə edə bilməsi ondan məlum olur ki, İsrail rejiminin Bakıdakı səfirliyi qarşısında anti-sionist aksiyaları hələ hazırlıq mərhələsində son dərəcə ciddi şəkildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi(MTN) tərəfindən yatırdılıbdır.

Amma anti-İsrail aksiyalarının yatırdılması necə deyərlər, təkcə bir süni buluddur, zira Azərbaycanın məsul şəxsləri “islamçılar” və İsrailin düşmənləri ilə mübarizə çətiri altında əslində siyasi meydanı təmizləməklə məşğul olaraq, Qərb, ABŞ və İsrail rejimi ilə həmkarlıq kursu ilə müxalif olanları aradan götürürlər.

“Miras” amerikan fondun analitiklərindən olan Ariel Kuhen mənimlə(Pan Kratniko) ilə söhbətdə dedi ki, Amerika və İsrail rejimi başçılarının nəzərinə əsasən, Azərbaycan regionda Qərbin aparıcı strateji şəriki sayılır və maraqlar ortaqlığı tələb edir ki, əlaqələr daha da genişləndirilsin.

O, əlavə edib: “Amerika Bakı ilə əməkdaşlıq həcmini o cümlədən “terrorizmlə mübarizə”, casusluq əməliyyatları və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi sahələrində artırmalıdır. Obama hökuməti təşəbbüsü ələ almalı və Avropa və Türkiyəni həmkarlığa təşviq etməldir. Azərbaycandan Əfqanıstana dəstək bazası və ya Fars Körfəzindən kənarda “yanacaqdoldurma” seçimi kimi istifadə yerinə, belə bir fürsət yaranıbdır ki, bu ölkə ilə strateji şərik kimi əməkdaşlıq edilsin. Azərbaycanın ixtiyarında nüfuz etməkdə təsirli olan vasitələr vardır ki, onlardan istifadə İranla münaqişənin inkişaf tərzinə təsir göstərə bilər”…

Amerika və İsrail rejimi Azərbaycanın siyasi və hərbi istedadları arasında öz yerlərini gücləndirmək məqsədi ilə bu ölkə üçün belə bir rol və yer nəzərdə tutublar.

Hər il bütün səviyyələrdə tələbə, jurnalist və mütəxəssis mübadiləsi proqramlarının sayı artır.

Azərbaycanda Qərb və İsrail yönlü yeni istedadların hazırlanması strategiyasının bir hissəsi olan bu proqramların maliyyə təmini də nəzərdə tutulub.

Amma elə indi də Azərbaycanın yəhdu icması arasında kifayət qədər hərbçi və təhlükəsizlik orqanlarının işçisi mövcuddur ki, lazım olan halda Bakının bəzi sadəlövh başçılarının intizarlarının əksinə olaraq, yaşadığı ölkənin maraqlarını deyil, məhz İsrail rejiminin maraqlarını himayə edəcək.

Pilotsuz təyyarələrin uçuşuna nəzarət tərzi

Təl-Əviv öhdəlik götürüb ki, daha uzunmüddətli uçuşa və daha artıq fəaliyyət dairəsinə malik olan bir seriya(60 ədəd) “Heron” və “Searcher” tipli pilotsuz təyyarə, həmçinin elektron kəşfiyyat təchizatları, yəni bir neçə “Green Pine” tipli lokator stansiyasını Bakıya təhvil versin. Bu stansiyalar İsrail rejiminin raket müdafiə sistemi- “ARROW-2”(Ox)-nin tabeliyindədir ki, tədricən Azərbaycana təhvil veriliblər.

Sionist mühəndislərin himayəsi ilə yüksək texnologiyaya malik olan Heron-un azərbaycanlı mütəxəssislər tərəfindən öyrənilməsi zahirdə o qədər də uzun zaman çəkməməli idi. Amma həmin məsələ sionist rejimin hərbi mütəxəssislərinin Bakıda daimi iştirakları üçün bir bəhanəyə çevrilib… “Heron” pilotsuz təyyarəsi modern qırıcı-bombardmançı təyyarələr kimi kosmikgəmidaşıma sistemləri, lokator və hədəflərin lokator, infraqırmızı və işıq formasında izlənərək, aşkarlanması təchizatları, eləcə də silahlara nəzarət aparatları ilə təchiz olunubdur.

Kreyser sürətinə- saatda 296 km sürətə(maksimum sürəti saatda 460 km-dir) malik olmaqla bu pilotsuz təyyarə əslində 14800 km-lik uçuşa malik ola bilər və məhz burada maraqlı bir sual yaranır: Bakının iddiasına görə, bu təchizatlar İrana qarşı olmayaraq, sırf Qarabağ probleminin həlli məqsədi ilə onun ixtiyarındadır, bəs nə üçün satın alınmış və alınan pilotsuz təyyarələrin uçuş mənzilləri Ermənistanın ən ucqar nöqtəsindən 5-6 dəfə uzaqdır?

Azərbaycanın müqavilələr əsasında aldığı kəşfiyyat təyyarələrinin taktiki və texniki xüsusiyyətlərinin araşdırılması ilə belə bir nəticəyə gəlmək olar ki, bu sionist pilotsuzların qabiliyyətləri Ermənistanın hava hücumundan müdafiə sisteminə üstün gəlmək üçün deyil və sionist rejimin İranın hava hücumundan müdafiə sisteminə üstün gəlməsi üçün nəzərdə tutulubdur.

Digər bir məsələ də budur: Hələ məlum deyildir ki, görəsən, pilotsuz təyyarələrin nəzarəti doğrudan da Azərbaycanın əlindədir, yoxsa yox.

Müqavilənin şərtlərinə əsasən, İsrail rejiminin dövlət şikrkəti- “Israel Aerospace Industries” dəqiq silahlarla təchiz olunmuş pilotsuz təyyarələrdən istifadə tərzini azərbaycanlı hərbçilərə təlim verir. Maraqlı cəhət burasıdır ki, müəyyən mərhələ(bu mərhələnin gəlib çatması İsrail rejimi tərəfindən təyin edilir) üçün bütün bu pilotsuzlar və silahlar sionist mütəxəssislərin ixtiyarlarındadır.

Bundan əlavə, azərbaycanlıların pilotsuz təyyarələrin təchizatları və aparatlarını quraşdırmaq, dəyişmək və ya onların texniki saxlanılması və idarəçiliyi məsələlərinə qarışmaq haqqları yoxdur.

Əslində bu müqaviləyə əsasən, Azərbaycan öz ərazisində kəşfiyyat və hücum pilotsuzlarını əldə edir ki, onlara real nəzarət bu ölkənin müdafiə nazrilyinin deyil, sionist mütəxəssislərin ixtiyarındadır.

Bu İsrail komandanlığı nümayəndələrinin texniki ekspertlərin geyimində hal-hazırda Azərbaycanda olmaları ehtimalı mümkünsüz deyil.

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi- James Apatoranın təsdiqinə əsasən, NATO-nun Əfqanıstan üçün nəzərdə tutulan yüklərinin üçdə biri Bakı hava körpüsü vasitəsilə keçib gedir. Lazım olan halda, İsrail rejimi də bu hava körpüsü vasitəsilə öz yüklərini köçürür və ehtimal üzrə bu sahədə Bakı onunla ahəngdardır. Zira 2011-ci ilin dekabrında Azərbaycan Əfqanıstandakı qərbli hərbçilər üçün NATO-nun yüklərini daşıyan Gürcüstanın aviaşirkəti- “Sky Georgia”nın yerini tutdu.

Yəqin ki, Azərbaycan Respublikasının rəsmiləri səviyyəsində kifayət qədər şəxslər vardır ki, İrana qarşı hərəkətlərin dövlət intiharı əməli olduğunu dərk etsinlər. Amma sionist rejim hərbçilərinin Azərbaycan Respublikasında iştirakının günbəgün artması göstərir ki, ola bilər, işin ixtiyarı Azərbaycan Respublikası hökumətindəki aqil şəxslərin əlindən çıxmış olsun.

- See more at: http://azeri.sahartv.ir/news/sionist-rejimin-m%C3%BCharib%C9%99-naziri-bak%C4%B1da-n%C9%99-etdi-25667#sthash.7bdjf84N.dpuf

  • Yazılıb
  • da (də) 2014 Sep 18