Tarix : 2014 Sep 18
Kod 44003

İsrail rejiminin pilotsuz təyyarəsi Naxçıvandan havaya qalxıb

Azərbaycan rəsmilərinin heç vaxt öz ölkələrinin ərazisindən İrana qarşı bir platforma kimi istifadə olunmasına icazə verməyəcəklərinə dair ardıcıl iddialarına rəğmən, rəsmi Bakı sionist rejimin maraqları istiqamətində hərəkət edibdir

Arannews - Yeni məlumatlara əsasən, son zamanlar İranın nüvə saytlarından birinin istiqamətində İran İslam Respublikasının qüvvələri tərəfindən vurulub, yerə salınmış İsrail rejiminin casusluq təyyarəsi Azərbaycanda Naxçıvan Muxtar Respublikasının hava bazasından havaya qalxıbmış.

Press TV-nin adı açıqlanmayan bir mənbəyə istinadlı məlumatına görə, avqustun 23-də havada 300 kilometr məsafəni keçəndən sonra İslam İnqilabı Keşikçiləri Korpusu(Sepah) tərəfindən vurulub, yerə salınmış “Hermes” tipli pilotsuz təyyarə İranın mərkəzində yerləşən Nətənz nüvə zənginləşdirmə təsisatlarına tərəf hərəkətdə imiş.

Bu mənbələr əlavə ediblər: Bu sionist pilotsuzun havaya qalxdığı məkanının ifşası İsrail rejiminin casusluq tapşırığında Bakının rolundan xəbər verir.

Bu lokatordan qaçan casusluq pilotsuz təyyarəsi təyin edilmiş məkana çatandan sonra “yer-hava” tipli raketlə hədəfə alınıb.

İranın nüvə təsisatları daim Amerika və İsraili rejiminin xəfiyyə xidmətlərinin casusluq fəaliyyətlərinin hədəfi olublar ki, öz məqsədlərini yerinə yetirmək üçün dəfələrlə pilotsuz təyyarələrdən istifadə ediblər. Bununla belə, İranın hərbi qüvvələri bu məkanlardan casusluq etmək üzrə bütün cəhdləri nakam qoyublar.

Azərbaycan rəsmilərinin heç vaxt öz ölkələrinin ərazisindən İrana qarşı bir platforma kimi istifadə olunmasına icazə verməyəcəklərinə dair ardıcıl iddialarına rəğmən, rəsmi Bakı sionist rejimin maraqları istiqamətində hərəkət edibdir.

İsrail rejiminə lazım olan enerjinin bütövlükdə 40%-ə yaxını, o sıradan Hayfa strateji limanının ehtiyac duydyğu neftin 80%-dən çoxu Azərbaycan və Bakı-Ceyhan boru kəməri vasitəsi ilə təmin edilir.

Başqa bir hadisədə, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə düşmənçiliyinin digər bir nişanəsi olan bir addımda dırnaqarası “dünya azərbaycanlıları konqresi”(DAK) adlı bədnam bir qaragüruh Bakıda bir anti-İran yığıncağı keçirib.

  • Yazılıb
  • da (də) 2014 Sep 18