Tarix : 2014 Sep 18
Kod 44001

Ermənistan prezidenti bu gün Vatikana rəsmi səfər edəcək

Sarkisyan səfər zamanı Roma Papası Fransisklə görüşəcə

Arannews - Ermənistan prezidenti Serj Sarkisyan bu gün Vatikana rəsmi səfər edəcək.

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sarkisyan səfər zamanı Roma Papası Fransisklə görüşəcək.

Bundan əlavə Ermənistan prezidentinin “Müqəddəs taxt”ın dövlət katibi, kardinal Petro Parollini ilə də görüşəcəyi bildirilir.

Sarkisyan həmçinin Vittoriano muzey kompleksində “Şərq nağılı: Xristianlıq yeni minilliyin çağırışları qarşısında” fotosərgisində iştirak edəcək və burada çıxış edəcək. 

  • Yazılıb
  • da (də) 2014 Sep 18