Tarix : 2014 Sep 18
Kod 44000

Biz heç vaxt öz dəhşətli keçmişimizə qayıtmayacağıq

Poroşenko : əlvida, Sovet İttifaqı!

Arannews - Ukrayna Prezidenti Pyotr Poroşenko ölkəsinin bir daha dəhşətli sovet keçmişinə qayıtmayacağına əmindir.

unian xəbər verir ki, Poroşenko bunu Kanada Senatında çıxış edərkən deyib.

Prezident çıxışında Ukrayna Ali Radasının sentyabrın 16-da Avropa Birliyi ilə assosiativ sazişi təsdiqlədiyini xatırladıb.

“Biz dedik –  Əlvida, Sovet İttifaqı!Bu, qalib gəlməli olduğumuz bir keçid idi. Biz heç vaxt öz dəhşətli keçmişimizə qayıtmayacağıq”, - Poroşenko bildirib.

Prezidentin sözlərinə görə, azadlıq, demokratiya və Avropa gələcəyi Ukraynanın inkişafı üçün əsl reallıq oldu və qəti qənaətə gəldi ki, Avropa Birliyinin üzvü olmaq şansı var.

  • Yazılıb
  • da (də) 2014 Sep 18