Tarix : 2014 Sep 17
Kod 43990

hicabla dərsə gəlmək olmaz !!!

Hicablı tələbələrin Universitetə buraxılmaması xalq tərəfindən pislənilir

Arannews – Yeni təhsil ilində 1-ci kursa başlamaq istəyən bir neçə hicablı tələbə Sumqayıt Dövlət Universitetinə daxil olsa da, universitet rəhbərliyi onları təhsil ocağına buraxmayıb. Nəticədə tələbələr universitetə daxil ola bilməyiblər.

Universitetin Humanitar Məsələlər Üzrə prorektoru Nizami Namazov belə bir hadisənin baş verdiyini təsdiq edib. O, bildirib ki, I kurs tələbəsi olan 3 nəfər hicablı tələbəni dərsə buraxmayıb: “Həmin tələbələrlə söhbət zamanı onlara bildirdik ki, sizin şəxsiyyət vəsiqənizdəki fotonuz başı açıq olduğu kimi, universitetə də hicabsız gəlməlisiniz. Bizim universitet dünyavi bir təhsil ocağıdır və burada ilahiyyatla bağlı hər hansı dərs keçirilmir. Ona görə də, hicabla dərsə gəlmək olmaz. Düzdür ki, Azərbaycan bayrağının rənglərindən biri məhz islamla bağlıdır. Amma bu, o demək deyil ki, universitetə hicablı gəlməlisən."

  • Yazılıb
  • da (də) 2014 Sep 17