Tarix : 2014 Sep 17
Kod 43989

Azərbaycanin məktəblərində dini dərslər tədris oluna bilər

orta məktəblərdə dini dərslər kurs formasında tədris oluna bilər

Arannews – “Gələcəkdə Azərbaycandakı orta məktəblərdə dini dərslər tədris oluna bilər”

bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı məlumat bildirib.

O deyib ki, hazırda məktəblərdə müxtəlif dərsliklərin içərisində tarix və ədəbiyyat dərsliklərində şagirdlərin dini biliklərinin artırılması üçün materiallar var: “Amma gələcəkdə bu sahəyə cavabdeh mütəxəssislərin, təhsil işçilərinin və din xadimlərinin iştirakı ilə müzakirələr aparılaraq, orta məktəblərdə dini dərslər kurs formasında tədris oluna bilər. Hələlik belə bir ideya var. Amma mənim təşəbbüsüm deyil”.

Komitə sədrinin sözlərinə görə,  tarix dərsliklərində dini biliklərin artırılması istiqamətində də təkliflər var: “Dini maarifləndirməyə ehtiyac var ki, kimlərsə bu sahədə bilgilərin zəif olmasından sui-istifadə etməsin”.




  • Yazılıb
  • da (də) 2014 Sep 17