Tarix : 2014 Sep 17
Kod 43984

Rusiya Qarabağın müstəqilliyini tanımaq məcburiyyətində qalacaq

Rusiyanın müttəfiqi Ermənistan isə od-alovun içərisində qalacaq

Arannews – “Rusiya məcburiyyət qarşısında qalıb Ermənistanın özünün belə tanımadığı Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər”.

Regnum agentliyi xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Modest Kolerov çıxış edib. O, Rusiyanın Qarabağın müstəqilliyini tanımaq məcburiyyətində qala biləcəyini deyib:

“Yaxın gələcəkdə Rusiyanın cənub sərhədləri daha sabit olacaq. Siyasi təlatümlər içərisində olan Gürcüstan NATO qoşunlarını burada yerləşdirməyə çalışacaq. Rusiyanın müttəfiqi Ermənistan isə od-alovun içərisində qalacaq. Naxçıvan üçün daha sərbəst mühit yaranacaq. Rusiya məcburiyyət qarşısında qalıb Ermənistanın özünün belə tanımadığı Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər. Heç bir razılaşma kimsəni nədənsə xilas etməyəcək”.

  • Yazılıb
  • da (də) 2014 Sep 17