Tarix : 2014 Sep 17
Kod 43982

Azərbaycan Rusiyaya meyllənməyə başlayıb

Azərbaycanla Rusiya arasında yenidən həlimləşmə prosesi gedir

Arannews – “ Moskva Bakının etimadını qazanmaq istəyir .Azərbaycan yenidən Rusiyaya meyllənməyə başlayıb”.

Bu sözləri politoloq Qabil Hüseynli Baş nazirin müavini Yaqub Eyyubovun Rusiya ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. O, Moskvanın yenidən Bakı ilə münasibətlərini istiləşdirməyə çalışdığını bildirib:

“Mənim zənnimcə, Azərbaycan yenidən Rusiyaya meyllənməyə başlayıb. Düzdür, yayın əvvəllərində Rusiya ilə münasibətlərdə xeyli inkşaf yaşandı və hətta Qarabağın həlli ilə bağlı nikbin fikirlər səsləndirildi. Amma avqustun əvvəllərində münasibətlərdə nisbətən soyuqlaşma müşahidə olundu. Azərbaycanın Uelsdə NATO sammitində iştirakı və müəyyən məsələlərə fikir bildirməsi bu soyuqlaşmanı bir az da dərinləşdirdi. Amma Rusiyada belə bir fikir mövcuddur ki, Ukrayna məsələsində Moskva onsuz da qalib gələ bilməyəcək və bu yaranmış boşluğu yalnız Azərbaycan doldura bilər. Yəni Azərbaycanı öz tərəfinə çəkməklə Avrasiya və Gömrük İttifaqını müəyyən bir formaya sala bilər. Bu nöqteyi-nəzərdən Rusiya ilə yaxınlaşma istiqamətində ciddi addımlar atılmağa başlayıb. Roqozinin Azərbaycana hər gəlişi silah satışı istiqamətində böyük müqavilələrin imzalanmasına gətirib çıxarır. Demək ki, Azərbaycanla Rusiya arasında yenidən həlimləşmə prosesi gedir ki, məncə, bu dəfə onun qarşısını almaq mümkün olmayacaq. Əgər bizim üçün vacib olan Qarabağ konflikti həll edilsə, o zaman Moskva da Bakıdan istədiyini ala bilər”.

 

Qeyd edək ki, Virtualaz.org saytının yaydığı məlumata görə, Baş nazirin müavini Yaqub Eyyubovun Avropa İttifaqının sanksiyalarla Rusiyanın sındıra bilməyəcəyini, əksinə, onu daha da möhkəmləndirəcəyini və Moskvanın heç vaxt diz çökməyəcəyini demişdi.

  • Yazılıb
  • da (də) 2014 Sep 17