Tarix : 2014 Sep 14
Kod 43970

Azərbaycanlı çempionun ölüm xəbəri yayıldı

Bu haqda Dağıstan mətbuatı məlumat yayıb

Arannews - Pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun Suriyadakı döyüşlərdə həlak olmağı haqda xəbər yayılıb.

Bu haqda Dağıstan mətbuatı məlumat yayıb. Məlumatda Bəxtiyar Arzumanovun Suriyada hökumət əleyhinə döyüşən İŞİD terrorçularının tərkibinə qatıldığı deyilir.

Bəxtiyar Arzumanov 1984-cü ildə Qusar rayonunda anadan olub. Milliyətcə ləzgidir. 1998-ci ildə əlbəyaxa və sambo üzrə çempionu olub. 17 yaşında sambo üzrə idman ustası olub. Professional rinqdə keçirdiyi 8 döyüşdən 6-da qələbə, 2-də isə məğlub olmuşdu.

Mühacirətdə yaşayan bir azərbaycanlı idmançı faş edib ki, Avropa Oyunlarına hazırlaşan Azərbaycan idmançılarından, mali durumlarının vəziyyəti pis olduğu üçün vəhhabi və İŞİD terrorçularına qatılıb, Suriya və İraqda acınacaqlı vəziyyətdə ölürlər.

Bu günə dək Bakı mediası İŞİD terroçuları sıralarında döyüşüb, ölən iki yüzə yaxın azərbaycanlının ölüm xəbərini yayıblar. 

  • Yazılıb
  • da (də) 2014 Sep 14