Tarix : 2014 Sep 14
Kod 43966

Azərbaycan-Qazaxıstan arasında əlaqələr güclüdür

hər iki ölkənin münasibətləri xüsusi və strateji xarakter daşıyır

Arannews - Azərbaycan və Qazaxıstan arasında əlaqələr daha da inkişaf edəcək və münasibətlər yeni müstəviyə keçəcək”.

 Bu sözləri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnistitutunun direktoru, professor Elman Nəsirov Analitik Mərkəzin təqdimat mərasimində verdiyi açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, bu layihə təkcə Azərbaycanda deyil, Qazaxıstanın paytaxtı Astanada və başqa şəhərlərdə bu kimi dəyirmi masa və konfransların keçirilməsi planlaşdırılır:

“Qazanan hər iki ölkə olacaq. Bir çox hallarda Ermənistan prezidenti Serj Sərkisyan belə bir ifadə ilə çıxış edib: “Azərbaycan və Ermənistan arasında müharibə baş verərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri və Qazaxıstan dövləti Ermənistanın yanında olacaq”.

 Onlar özlərinə təsəlli verirdilər. Amma son zamanlar Sərkisyanın özü də etiraf etməyə başlayıb ki, əgər onlar KTMT çərçivəsində bir yerdə olsalar da, Azərbaycan-Qazaxıstan arasında əlaqələr daha güclüdür. Bu bir daha təsdiqləyir ki, hər iki ölkənin münasibətləri xüsusi və strateji xarakter daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursuna uyğun olaraq ikitərəfli formatda inkişafa çalışılmalıdır. Bu məsələdə isə qeyri-hökumət təşkilatlarının (QHT) üzərinə  böyük iş düşür ”.

Xatırladaq ki, təqdimat mərasimində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun gənclər üzrə məsləhətçisi Rahu Qurbanova, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, Gənclər Fondunun aparıcı məsləhətçisi Mübariz Qədimov və İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov iştirak ediblər .

  • Yazılıb
  • da (də) 2014 Sep 14