Möhtərəm Ayətullah Xameneyi həzrətləri,sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram
Arannews - Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei həzrətlərinə məktub göndərib.
məktubun mətni təqdim edilir:
"İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə
Möhtərəm Ayətullah Xameneyi həzrətləri,Sizə səmimi salamlarımı yetirməkdən məmnunam. Üzərinizdə aparılmış cərrahiyyə əməliyyatının uğurla həyata keçməsi məni çox sevindirdi. Əməliyyatdan sonra tezliklə sağalmağınızı diləyirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram."