Tarix : 2014 Sep 13
Kod 43962

Ömər Məmmədovun məhkəməsi təxirə salınıb

Ömər Məmmədov “Nida” Vətəndaş Hərəkatının üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir

Arannews - Vəkillər məhkəmə iclasında istintaqın bərpa olunmasını istəyir .

sentyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə gənc fəal Ömər Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyul tarixli qərarından verilən apellyasiya şikayəti üzrə keçiriləcək məhkəmə iclası təxirə salınıb. Belə ki, gənc fəalın vəkilləri məhkəmə iclasında istintaqın bərpa olunması, şahidlərin dindirilməsi ilə bağlı ali məhkəməyə kassasiya şikayəti verdiklərindən proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, Ömər Məmmədov “Nida” Vətəndaş Hərəkatının üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir. "AzTV-dən seçmələr” səhifəsinin admini olub.

Ömər Məmmədov Şimali Kiprdə təhsil alır. O, yanvarın 20-də Bakıya qayıdıb və cəmi dörd gün sonra - yanvarın 24-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, gəzdirmə, satma) maddəsilə ittiham irəli sürülüb, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsi gənc fəalın 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub. Hazırda Şüvəlan təcridxanasında saxlanır.

  • Yazılıb
  • da (də) 2014 Sep 13