Tarix : 2014 Sep 13
Kod 43956

Robert Sekuta ABŞ-ın Azərbaycandakı səfiri olacaq ?

Senatda dinləmələr sentyabrın 17-də olacaq

Arannews - ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Robert Sekutanın (Robert Francis Cekuta) Azərbaycana səfir təyin olunması ilə bağlı dinləmə keçirəcək.

Senatın rəsmi saytınin verdiyi xəbərə görə, dinləmələr sentyabrın 17-nə təyin olunub.

Həmin tarixdə ABŞ-ın digər ölkələrdə, o cümlədən Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş diplomatların təyinatı da müzakirə ediləcək. Müzakirələr senator Kris Mörfinin (Chris Murphy) sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb.             R. Sekutanın namizədliyi Senatda təsdiqlənərsə, o, bu vəzifədə Riçard Morninqstarı əvəz edəcək.

  • Yazılıb
  • da (də) 2014 Sep 13