Tarix : 2014 Sep 13
Kod 43954

Qafqaz uğrunda mübarizə başlayacaq

Bu mübarizə Ukrayna ilə yekunlaşmır

Arannews - “Ankara-Bakı-Tiflis arasında yaranmış yeni şəraitə uyğun olaraq fəaliyyətin koordinasiyasına ehtiyac yaranır”.

Bu sözləri politoloq Ərəstun Oruclu Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Bakıya səfərini şərh edərkən deyib.

O, postsovet məkanı uğrunda mübarizənin genişləndiyini bildirib:

“Qaribaşvilinin Bakıya səfəri regional əməkdaşlığın, müştərək maraqların birgə qorunmasından ibarət ola bilər. Bu səfər həm də son günlər intensivləşən ikitərəfli əməkdaşlıqla da bağlıdır. Postsovet məkanı uğrunda geosiyasi mübarizə aktivləşir. Bu mübarizə Ukrayna ilə yekunlaşmır. Həmçinin Qafqaz amili də bu mübarizədə mühüm rol oynayır. Ona görə də bir az təsirlərin artması ehtimalı var. Görünür, yaranmış vəziyyətə uyğun olaraq Ankara-Bakı-Tiflis arasında yaranmış yeni şəraitə uyğun olaraq fəaliyyətin koordinasiyasına ehtiyac yaranır. Rusiyanın Qafqaza təsir etməsinin zəiflədilməsi ilə bağlı hər üç ölkənin birgə fəaliyyəti ilə bağlı məqam bir az müşkül məsələdir. Çünki hər üç dövlətin Rusiya ilə ayrı ayrılıqda münasibətlər formatı var. Buna görə də Rusiyaya qarşı birgə fəaliyyəti ehtimal etmək çətindir. Amma Moskvanın ambisiyalarının artacağı təqdirdə birgə qorunmaq məsələsi nəzərdən keçirilə bilər”.   

  • Yazılıb
  • da (də) 2014 Sep 13