Tarix : 2014 Sep 04
Kod 43913

İŞİD CAVAN QIZLARA VƏ QADINLARA TƏCAVÜZ EDIR

”Terrorçular bizi əsir aldıqdan sonra dinimizi dəyişməyə məcbur etdilər. Daha sonra cavan qızları və qadınları Tel-Afər vilayətinə apardılar və bizə təcavüz etdilər"

Arannews - Türkiyənin “Milliyyət” qəzeti İŞİD-ın əsirliyindən qaçan bir qızın başına gələnləri açıqlayıb.

İraqın Sincar vilayətində İŞİD əsirliyində saxlanılan bu gənc qız qəzetin müxbirinə verdiyi müsahibəsində deyib:

”Terrorçular bizi əsir aldıqdan sonra dinimizi dəyişməyə məcbur etdilər. Daha sonra cavan qızları və qadınları Tel-Afər vilayətinə apardılar və bizə təcavüz etdilər".

İŞİD-in əlindən qaçaraq canını qurtaran bu izədi qızı xəcalətdən üzünü tutaraq ağlaya-ağlaya bu zorakılıq zamanı terrorçuların hər cür qeyri-insani vəhşiliyə yol verdiklərini bildirib.

O həmçinin, bu təcavüzün hər gün davam etdiyini və İŞİD liderləri üçün isə hər dəfə 3 qızın seçildiyini söyləyib.  

  • Yazılıb
  • da (də) 2014 Sep 04