Tarix : 2014 Sep 03
Kod 43903

Rusiya iqtisadiyyatına ciddi zərbə

Avropa Birliyinin sanksiyaları Rusiya iqtisadiyyatına ciddi zərbə vurub

Arannews - Rusiya bankları 2014-cü ilin birinci yarısına olan maliyyə hesabatlarını təqdim ediblər. Ölkənin nəhəng maliyyə qurumlarının son 3-4 ay ərzində üzləşdikləri itkilər 1-5 milyard rubl təşkil edir.

ekspertlər Avropa Birliyinin bu həftə tətbiq edəcəyi sanksiyaların Rusiya iqtisadiyyatına ciddi zərbə vuracağını bildiriblər. 

“Russkiy standart” bankının itkisi 4.7 milyard təşkil edib. Bu da əvvəlki illərə olan göstəricilərdən 7 dəfə - 690 milyon rubl çoxdur. Bu bank istehlak kreditləri bazarının liderlərindən biridir. Ümumilikdə isə onun kredit verilməsinə qadağa qoyulub.

Bundan başqa “XKF-bank”ın xalis itkiləri 4 milyard, “Vostoçnıy ekspress”in 3.44 milyard, “OTP-bank”ın isə 1 milyard rubl təşkil edir.

Qeyd edək ki, Qərbin tətbiq etdiyi sanksiyalardan sonra artıq Rusiyada iqtisadi artım tempi dayanıb, ÜDM isə sıfır dərəcəsindədir.

  • Yazılıb
  • da (də) 2014 Sep 03