Tarix : 2014 Sep 01
Kod 43891

İslamçılar Tale Bağırova azadlıq tələb etdi

İslamçıların Hüquqlarını Müdafiə Komitəsi mübariz ruhani Hacı Tale Bağırova azadlıq tələb etdi

Arannews - İslamçıların Hüquqlarını Müdafiə Komitəsi ombudsman Elmira Süleymanovaya, ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciətində bildirib ki, ilahiyyatçı, Avropa Şurasında vicdan məhbusu kimi tanınan Taleh Bağırovun  bir neçə gün əvvəl həbsxanadan ictimaiyyətə müraciət etməsi həbsxana rəhbərliyinin Hacı Taleh Bağırova qarşı yeni təxribatlar hazırladığı ilə nəticələnib.

Komitə əlavə edib : “Heç bir sübut olmadan narkotik saxlama maddəsi ilə iki il həbs cəzası almış ilahiyyatçının həbs olunarkən təzyiqlərlə üzləşməsinə dair danılmaz faktlar var. İndi isə həbsxana rəhbərliyi məhbusun Azərbaycan qanunları və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalarda əksini tapmış toxunulmaz hüquqlarını tapdayaraq  Hacı Taleh Bağırova təzyiq edir.” 

  • Yazılıb
  • da (də) 2014 Sep 01